Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maduro geri çəkildi: Növbədənkənar seçkilər olacaq

Venesuela prezidenti Nikolas Maduro geri çəkilmək məcburiyyətindədir. Müxalifət hər gün bir az daha güclənir, rəqibi Xuan Quaydo 11 gündür özünü prezident elan edib.

Bizimyol.info xəbər verir ki, Maduro milli assambleyaya növbədənkənar seçkilər keçirməyə hazır olduğunu deyib. O, Karakasdakı mitinqdə söyləyib: “Milli məclisin gündəliyində duran məsələlərdən biri növbədənkənar parlament seçkiləridir. Xalqın ölkədəki qanunverici hakimiyyətin legitimləşdirilməsini həll etmək  hüququ var. Gəlin seçkilərə gedək”.

Maduro siyasi rəqiblərini uğursuz dövlət çevrilişinə kömək etməməyə, müharibə şəraiti yaratmamağa çağırıb.

Venesuela prezidentinin məmurlar arasında tərəfdarları da azalır. Hərbi hava qüvvələrinin rəhbəri Esteban Yanes Rodrigesin Quaydo tərəfə keçdiyini yazmışdıq. İndi də Venesuelanın İraqdakı səfiri Conatan Velasko Ramiresin Maduronu dəstəkləmək istəməməsi məlum olub. Səfirin fikrincə, Maduro qırmızı xətti keçib. Ramires Quaydoya müraciətdə deyib: “Cənab Quaydo, siz ölkənin tarixi, xalq və konstitusiya üçün düz yoldasınız.

Paylaş »
››› Moskva görüşündən gözləntilər
››› Mədəniyyət Nazirliyi Canəli Əkbərovun ölümü ilə bağlı nekroloq yayıb
››› Azərbaycan Prezidenti və Ermənistan Baş naziri noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
››› Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
››› "İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Telman İsmayılov Monteneqrodan sığınacaq alıb və həbsdən çıxıb
Son xəbərlər
Bütün xəbərlər »