Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın Praqadakı səfiri Fərid Şəfiyevin Çexiyada biznes qurduğuna dair sənədli məlumat yayılıb - Fotolar

Bəzi yüksək çinli məmurların xarici ölkələrdə qurduqları geniş biznes şəbəkəsi haqqında məlumatlar yayımlayan tanınmış jurnalist Cavanşir Həsənli bu dəfə Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevin “iş dünyası”na işıq salıb:

“Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevin da başı biznesə qarışıb. Hörmətli diplomatımız məmurlardan geri qalmayaraq, səfir kimi fəaliyyət göstərdiyi ölkədə şirkət açıb. Özü də faktiki olaraq, Su və Melorasiya Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlu, Elman Rüstəmovun kürəkəni Cuma Əhmədzadə ilə ortaq.

Cənab səfir yəqin düşünüb ki, məmurlar ölkənin sərvətini Londona, Çexiyaya yatırarkan, dövləti təmsil etmək onamı qalıb?..

2018-ci il mayın 5-də cənab səfir, Cümə Əhmədzadənin bu ölkədəki biznesini idarə edən Elçin Kazımzadə və Çexiya vətəndaşı, Avropa-Azərbaycan Ticarət Palatasının rəhbəri DAVID SNÁŠEL “East Trade Company s.r.o.” şirkətini təsis ediblər.

Səfir öz hissələrini həyat yoldaşı, 1973-cü il təvəllüdlü, Bakı şəhəri, Akademik Həsən Əliyev 98a, mənzil 36 ünvanında qeydiyyatda olan Ülkər Şəfiyevanın adına rəsmiləşdirib. Şirkətin pay bölgüsünə görə o, şirkətin 1/3-nə sahibdir.

Ülkər Şəfiyeva Xarici Dillər Universitetindən ingilis dili müəllimi ixtisası üzrə məzundur.

Şirkətin ünvanı: Klokotská 744/29, 390 01 Tábor. Şəhadətnamə nömrəsi: 07095945”. (Yenicag.az)

Paylaş »
››› Moskva görüşündən gözləntilər
››› Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
››› Azərbaycan Prezidenti və Ermənistan Baş naziri noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
››› "İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Telman İsmayılov Monteneqrodan sığınacaq alıb və həbsdən çıxıb
››› Oktyabrın 24-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »