Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaşıllıqların uçotunun aparılması qaydası dəyişib

Nazirlər Kabineti "Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası"nda dəyişiklik edib.

Qaydada 1.9-cu bənd yeni redaksiyada verilib.

Yeni varianta əsasən, fiziki və hüquqi şəxslərin yaşıllıqların kadastrı

barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, yaşıllıqların uçotu və monitorinqi barədə istifadəsində olan torpaq sahələrinə münasibətdə

mərkəzi icra hakimiyyəti orqanlarından, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə münasibətdə bələdiyyələrdən, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanlarından məlumat almaq hüquqları var.

Bu bəndin əvvəlki variantında belə qeyd edilib ki, fiziki və hüquqi şəxslərin yaşıllıqların uçotu, kadastrı və monitorinqi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən və müvafiq bələdiyyələrdən məlumat almaq hüququ var. (Trend.az)

Paylaş »
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› Avqustun 3-nə olan hava proqnozu
››› “Gürcüstan Ankara və Bakı üçün sağlam tərəfdaş olaraq qalacaq”
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› Generalın bacısı oğlu həbsdən buraxılıb
››› İntizam komissiyası polisi döyən deputatla bağlı rəyi yekdilliklə qəbul edib
Son xəbərlər
Bütün xəbərlər »