Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
​​​​​​​Tibdə unikal hadisə: 10 yaşlı oğlanın böyrəyi budundadır

Mançester şəhərindən olan 10 yaşlı Hemiş Robinsonun böyrəklərindən biri bud nahiyəsində yerləşir.

Bu "özəlliyinə" görə H. Robinson dünyada hələlik yeganə insandır. Belə pozuntuya çox nadir hallarda təsadüf olunur. Hətta həkimlər bu hala oğlanın şərəfinə "Hemiş sindromu" adını veriblər.

Bizimyol.info E-tibb.az-a istinadən bildirir ki, genetik pozulma səbəbindən böyrək uşağın qarın boşluğunda deyil, ayağındadır.

Öz yerində olmayan böyrək ektopik böyrək adlandır. Ektopik böyrəklərə kifayət qədər tez-tez rast gəlinir. Hər 900 nəfərdən birində bu hal müşahidə oluna bilər.

Lakin ingiltərəli uşaqda 7p22.1 adlı xromosumun olmamağı səbəbindən böyrək aşağı, bud nahiyəsinə düşüb. Sağ budun yuxarı hissəsində yerləşən böyrək normal fəaliyyət göstərir. Lakin artıq H. Robinsonun orqanizmində müəyyən problemlər baş qaldırmağa başlayıb. Belə ki, onun qulaqlarından biri eşitmə qabiliyyətini itirib.

H. Robinsonda ağır astma tutmaları, onurğa sütununda problemlər, fənləri öyrənməkdə çətinliklər də müşahidə olunur. O cümlədən danışıq üçün xüsusi kompüter aləti tələb olunur. Bundan əlavə, uşaqda qidalanma ilə bağlı çətinliklər də meydana çıxıb.

Övladının problemindən anası gec xəbər tutub. Yalnız uşaq hamı kimi vaxtında danışmağa başlamayanda anası onu həkimə aparıb.

Buna qədər 4 aylığında H. Robinsonun üzərində yırtıq əməliyyatı icra edilib. 8 müxtəlif mütəxəssisin, o cümlədən endokrinoloq, immunoloq və qastroenteroloqun yanında olub. Həkimlər yalnız 18 aylığında uşaqda unikal xromosom qüsuru aşkar ediblər, hansı ki, bu hal başqa heç kimdə yoxdur.

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› Milli Məclisdə “kədərli” anlar…
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »