Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir ay ərzində 17 milyard dollar qazandı

Dünyanın ən varlı adamları günbəgün zənginləşir. “Bloomberg”in yeni siyahısında onların sərvətlərinin yalnız artdığı müşahidə olunur.

Bizimyol.info xəbər verir ki, “Amazon” şirkətinin rəhbəri Ceff Bezos yenə birinci yerdədir. O, son bir ayda sərvətini 17,2 milyard dollar artırıb. İndi Bezosun 142 milyard dolları var. Dünyanın ən zəngin adamı təkcə yanvarın 31-də 3,8 milyard dollar qazanıb.

Həmin gün ən çox xeyri “Facebook”un yaradıcısı Mark Zukerberq görüb. O, bir günə sərvətinə 6,2 milyard əlavə edib. Zukerberq 65,6 milyard dollarla siyahıda beşinci yerdədir. Sosial şəbəkə rəhbəri yanvarda 13,6 milyad dollar qazanıb.

Bill Geyts yenə ikinci yerdədir. “Booomberg”in siyahısında onun sərvəti 95,8 milyard dollar göstərilib. Uorren Baffet üçüncü (84,9), Bernar Arno dördüncü (76,6) pillədə yer alıb.

Amazon şirkəti

Ümumiyyətlə, siyahıda amerikalılar çoxluq təşkil edir. İlk yüzlükdə ABŞ-dan 38 nəfərin adını görmək mümkündür. Təkcə ilk onluqda 7 amerikalı var. Bernar Arno fransızdır. Altıncı yerdəki Amansio Orteqa ispan, yeddinci pillədki Karlos Slim meksikalıdır.

“Bloomberq” siyahıya 500 nəfərin adını salıb. Ən axırıncı yerdəki adamın 3,75 milyard dolları var.

Son xəbərlər
Bütün xəbərlər »