Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Maduronu Quantanamo həbsxanasına göndərməklə hədələdi

Nikolas Maduronun açıqlamalarına qulaq asanda belə təəssürat yaranır ki, Venesuela prezidenti amerikalı həmkarından çox onun təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Boltondan narazırıdır. Hadisələri diqqətlə izləyəndə narazılığın əsassız olmadığı görünür.

Bizimyol.info xəbər verir ki, Bolton yenə Maduronı hədələyib. Vaşinqton sözçüsü “Twitter”də bu haqda yazıb. Bolton Maduroya ölkəni tərk edib, haradasa uzaqda gözəl çimərlikdə uzun, sakit təqaüdçü həyatı sürməyi məsləhət görüb.

Con Bolton

Bir az sonra isə Trampın məsləhətçisi yerli mətbuata müsahibəsində sərt ifadələr işlədib. Bolton deyib ki, Maduro getsə yaxşıdır, yoxsa onu Quantanamo gözləyir. Söhbət terrorizmdə şübhəli bilinənlərin saxlandığı sərt rejimli həbsxanadan gedir.

“Mən dünən tvit yayıb ona Venesueladan uzaqda dəniz sahilində uzun, sakit təqaüdçü həyatı arzulamışdım. Bu şansdan nə qədər tez istifadə etsə, Quantanamodakı “çimərlik zonası”na düşmək ehtimalı bir o qədər azalar”.

Qeyd edək ki, Quantanamo məşhur həbsxananın yerləşdiyi körfəzin adıdır.

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »