Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Venesuelada Hərbi Hava Qüvvələrinin generalı da müxalifətin tərəfinə keçdi

Venesuelanın Hərbi-Hava Qüvvələrinin generalı Fransisko Yanes Rodriges Milli Assambleyanın rəhbəri Xuan Quaydonu prezident səlahiyyətlərini icra edən şəxs kimi tanıdığını bildirib.

Bizimyol.info xəbər verir ki, o, videomüraciətində bunu bəyan edib.

O, hazırkı prezident Nikolas Maduronun rəhbərlik etdiyi hakimiyyəti “diktatura rejimi” adlandırıb. Əlavə edib ki, silahlı qüvvələrin şəxsi heyətinin 90 faizi Maduronu dəstəkləmir.

Venesuelanın BMT-dəki keçmiş nümayəndəsi Samuel Monkada bir müddət əvvəl bildirib ki, ABŞ hərbi çevriliş yoluyla Venesuelanı öz müstəmləkəsinə çevirməyə çalışır.

Bu arada, İran prezidenti Həsən Ruhani isə venesuelalı həmkarı Maduraya dəstəyini ifadə edib.

Həsən Ruhani

“Biz cənab Moduranın qanuni hakimiyyətini dəstəkləyirik. İnanırıq ki, Venesuela xalqı qanuni hakimiyyətin dəstəyilə, əvvəlki çevriliş cəhdləri kimi, bu planın da qarşısını alacaq”, - deyə Ruhani Venesuelanın İrandakı yeni səfiri Karlos Kordoneslə söhbətində bildirib.

Paylaş »
››› Moskva görüşündən gözləntilər
››› Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
››› Azərbaycan Prezidenti və Ermənistan Baş naziri noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
››› "İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Telman İsmayılov Monteneqrodan sığınacaq alıb və həbsdən çıxıb
››› Oktyabrın 24-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »