Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fevralda iki maqnit qasırğası gözlənilir

Rusiyanın Fizika İnstitutunun Günəş rentgen astronomiyası laboratoriyası fevralın 20-də geomaqnit qasırğasının baş verəcəyini açıqlayıb.

Bu barədə “RİA Novosti” laboratoriyaya istinadən məlumat yayıb.

Bundan əvvəl, fevralın 1-də baş verən birinci kateqoriyalı maqnit qasırğası Bakı vaxtı ilə gecə saat 02:00-03:00 radələrində qeydə alınıb, geomaqnit şəraitdə və ya peyk sistemlərinin işində hər hansı nəzərəçarpan dəyişiklik yaratmayıb.

Fevralın 1-də baş verən maqnit qasırğası cari ildə sayca üçüncü olub. Laboratoriyanın məlumatına əsasən, yanvarın 5-də və fevralda baş verən maqnit qasırğası Günəşin eyni koronal dəliyindən qaynaqlanıb. Plazma axını əsasında tədqiqatçılar növbəti maqnit qasırğasının Yerə fevralın 20-də daxil olacağını hesablayıb.

Alimlərin proqnozlarına görə, Günəşin aktivliyində hər hansı əhəmiyyətli dəyişiklik baş verməsə, növbəti maqnit qasırğası fevralın 28-i və ya martın 1-nə təsadüf edəcək. (oxu.az)

Paylaş »
››› Aclıqdan qız övladlarını satırlar
››› Ailələrdə ər və arvad bir-birindən daha çox nəyi gizlədir...
››› Rusiya “Bayraktar”a görə Türkiyə meyvələrinə qadağa qoyub
››› İşğaldan azad olunmuş ərazidə qolları məftillə bağlı skeletlər tapılıb - Video
››› Moskvada 11 günlük qeyri-iş günləri başlayır
››› "Bu linklərə daxil olmaqla komputer və smartfonunuzla ömürlük vidalaşa bilərsiz"
››› "Barselona"nın baş məşqçisi istefaya göndərilib - Foto
Son xəbərlər
Bütün xəbərlər »