Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qalxanabənzər vəziyə mənfi təsir edən 8 maddə - Hər evdə var
Qalxanvarı vəzi — boğazın aşağısında yerləşən kəpəyəbənzər kiçik ölçülü vəzdir. Ölçüsünün kiçik olmasına baxmayaraq, orqanizm üçün bir sıra həyati əhəmiyyətli funksiyaları yerinə yetirir.

Onun işində hər hansı bir dəyişiklik baş verərsə, o zaman orqanizmdə bir çox xəstəliklər üzə çıxır.

Bədəndə zərərli maddələrin və toksinlərin toplanması səbəbindən qalxanvarı vəzin funksiyasının pozulmasına daha çox rast gəlinir.

Əlbəttə toksik təsirli məhsulları həyatımızdan çıxararaq, daha sağlam bir həyat tərzi yaşaya və qalxanvarı vəzini də qoruya bilərik. Amma bu elə də asan deyil. Çünki gündəlik həyatımızda kimyəvi maddələrlə tez-tez təmasda oluruq.

Medicina.az sizə qalxanvarı vəzə ziyan vuran həyatımızda olan kimyəvi maddələrin adlarını açıqlayır:

1. Pestisidlər.

Elmi tədqiqatlarla sübut edilib ki, pestisidlərlə işləyən insanlarda qalxanvarı vəzin xəstəliklərinin riski daha yüksəkdir. Müasir zamanda istifadə edilən pestisidlərin 60%-i xəstəlik yaratmaq qabiliyyətinə malikdir.

2. Yanğın əleyhinə olan vasitələr.

Bu vasitələr də qalxanvarı vəzin xəstəliklərinə səbəb olur. Bu maddələr kompüter və televizorların ekranında, həmçinin də yumşaq mebel dolğularında, xalçalarda və digər əşyalarda rast gəlinir. Bu maddələr orqanizmin inkişafına da ciddi təsir göstərir.

3. Plastik qablar

Plastikin insan üçün zərərli bir maddə olması çoxdan məlumdur. Həkimlər plastikin tərkibində olan ftalat maddəsinin qalxanvarı vəzə mənfi təsir etdiyini bildirirlər.

4. Yanmayan maddələr

Yanmayan maddələrin tərkibində perftoroktan turşusu var. Bu kimyəvi teflon səthli tavaların hazırlanmasında, ərzaq maddələrinin qablaşdırırlmasında və s. istifadə edilir.

5. Tərkibində triklozan olan diş məcunları

Bəzi diş məcunlarının tərkibində rtiklozan maddəsi var ki, bu maddə qalxanvarı vəzə, esterogen və testosteronun sintezinə mənfi təsir edir. Triklozan həddən artıq toksik maddədir. Bu maddə qarxanvarı vəzin işinə mənfi təsir edərək reproduktiv sistemin işini və maddələr mübadiləsini pozur.

6. Bakteriya əleyhinə vasitələr

Bakteriyaəleyhinə vasitələrdən məişətdə çox istifadə edilir. Bu vasitələrə lasyonlar, nəm salfetlər, sabunlar və s aid edilə bilər. Bu vasitələrin də tərkibində triklozan maddəsi mövcuddur.

7. Ağır metallar

Məişətdə istifadə edilən vasitələrin çoxunda civə və qurğuşun kimi ağır metallar mövcuddur. Bu maddələr qalxanvarı vəzin autoimmun xəstəliklərinə səbəb ola bilər.

8. Soya

Soya zülalının tərkibində fitoestrogenlər var ki, bu maddə qalxanvarı vəzin işinə təsir edərək orqanizmin yod sintezini blok edir.

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
››› "Başa düşmürsünüzsə, vay bizim halımıza!" - Ter-Petrosyan
››› 76 ildən sonra bu gecə ilk dəfə dünyanın hər yerindən nadir təbiət hadisəsi görünəcək
››› Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı
Son xəbərlər
Bütün xəbərlər »