Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət İmtahan Mərkəzindən ixtisas seçimi ilə bağlı - AÇIQLAMA
Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərin ixtisas seçimi bu gün səhər 9.00-da başa çatıb.

2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə I –IV qruplar üzrə müsabiqəyə buraxılmış abituriyentlərin ixtisas seçimi iyulun 29-da başlayıb, avqustun 11-də saat 9.00-da yekunlaşıb.

V ixtisas qrupu üzrə qabiliyyət imtahanından müvəffəq qiymət almış abituriyentlər də elektron ərizələrində ixtisas seçimini yekunlaşdırıblar.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi əvvəlcədən elan etmişdi ki, ixtisas seçimi avqustun 10-da gecə saat 23:59-da başa çatacaq. Amma vaxtı bu gün səhər saat 9.00-dək uzadılıb.

I qrupda 13805 qəbul yeri üçün 12086 nəfər abituriyent müsabiqəyə buraxılıb.

II qrupda 12924 yer uğrunda 10439 nəfər abituriyent mübarizə aparır.

III qrupda 9769 yer var, müsabiqəyə 10181 nəfər abituriyent buraxılıb.

IV qrupda 3220 qəbul yerinə 3084 nəfər abituriyent düşməyə çalışacaq.

Bəs ali məktəblərə yerləşdirmənin nəticələri nə vaxt açıqlanacaq?

Dövlət İmtahan Mərkəzindən modern.az-a bildirilib ki, nəticələr yaxın 3 gün ərzində elan olunacaq. Daha sonra boş qalan yerlərə əlavə qəbul aparılacaq.

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »