Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən zəngin xeyriyyəçilərinin adları açıqlandı

"Business Insider" texnologiya dünyasının ən xeyriyyəçi milyaderlərinin adlarını açıqlayıb.

Sputnik Azərbaycan bildirir ki, dünyanın ən xeyriyyəçi milyarderi "Microsoft"un qurucusu Bill Geyts seçilib. O, 90 milyard dollarlıq sərvətinin 45.6 faizini bağışlayıb. O ümumilikdə xeyriyyəçilik məqsədi ilə 41 milyard dollar xərcləyib.

Bill Qeyts

"Dell" şirkətinin qurucusu Maykl Dell isə 2-ci yerdə qərarlaşıb. O 22.7 milyard dollarlıq sərvətinin 8.9 faizini bağışlayıb.

3-cü yerdə isə meksikalı biznesmen Karlos Slimin adı qeyd olunub. "America Movil", "Telefonos de Mexico", "Altria Group" kimi şirkətlərin rəhbəri olan biznesmen 67.1 milyard dollarlıq sərvətinin 6 faizini xeyriyyəçilik məqsədi üçün ayırıb.

"Facebook"un qurucusu Mark Zukerberq isə siyahıda 7-ci olub. Belə ki, Zukerberq 71 milyardlıq sərvətinin 2.4 faizini bağışlayıb.

Mark Zukerberq / Foto: Wikimedia Commons

"Amazon"un qurucusu Ceff Bezos isə bu siyahıda 9-cu olub. O 112 milyard dollarlıq sərvətinin 1.9 faizini xeyriyyəçilik məqsədi üçün ayırıb.

Paylaş »
››› Moskva görüşündən gözləntilər
››› Mədəniyyət Nazirliyi Canəli Əkbərovun ölümü ilə bağlı nekroloq yayıb
››› Azərbaycan Prezidenti və Ermənistan Baş naziri noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
››› Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
››› "İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Telman İsmayılov Monteneqrodan sığınacaq alıb və həbsdən çıxıb
Son xəbərlər
Bütün xəbərlər »