Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maduro Venesuelanın qızıllarını satmaqdan qorxdu

Venesuelada həm siyasi, həm də iqtisadi vəziyyət o qədər ağırdır ki, neçə gündür mərkəzi bankın ölkə qızıllarını satmaq istəyi gündəm mövzusudur. Əsas səbəb kimi prezident Nikolas Maduronun hakimiyyəti tam itirmək üzrə olması göstərilir.

Bizimyol.info “Bloomberg”ə istinadən xəbər verir ki, Venesuela mərkəzi bankı qızılları satmaq fikrindən daşınıb. Həm ölkə, həm də bank rəhbərliyini beynəlxalq reaksiya qorxudur. Rusiyanın Venesuelaya qızılları ölkədən çıxarmağa kömək etməsi böyük rezonans doğurmuşdu. Beynəlxalq ictimai rəy Maduro hökumətinin əleyhinədir. Qızılların satılmasını Venesuela sərvətlərinin talanması kimi qiymətləndirirlər.

Hələ dünən xəbər yayılmışdı ki, Maduro hökuməti Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə razılığa gəlib. Razılaşmaya görə, ərəblərə 29 ton qızıl satılacaqdı. Maduro sövdələşmədən əldə olunan gəliri milli valyuta olan bolivarın gücünün qorunmasına sərf edəcəklərini deyirdi. Amma beynəlxalq reaksiya çox sərt oldu. Xüsusilə ABŞ belə reaksiyanın formalaşmasında əsas rol oynayır. Amerikalılar Maduronın ölkə sərvətlərindən sərbəst istifadəsinə mane olmağa çalışır.

“Bloomberg”ə xəbər ötürən mənbə 20 ton qızılın tam qablaşdırıldığını, BƏƏ-yə göndərilməyə hazır olduğunu məlumat vermişdi. İndi Venesuela hakimiyyətinin geri addım atdığı deyilir. Maduro 850 milyon dollarlıq razılaşmanı həyata keçirməkdən çəkinir.

Xuan Quaydo

ABŞ, İtaliyanı çıxmaq şərti ilə Avropanın böyük ölkələri özünü yanvarın 23-də prezident elan edən Xuan Quaydonu dəstəkləyir. Avstraliya, Kanada kimi ölkələr də müxalifət liderinin tərəfindədir. Rusiya, İran, Türkiyə və Belarus belə hakimiyyət dəyişikliyinin əleyhinədir.

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
Son xəbərlər
Bütün xəbərlər »