Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda qəza: Qadın sürücü özünü maşından yola atdı

Bakıda iki avtomobilin iştirakı ilə yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə Rixard Zorge və Nizami Gəncəvi küçələrinin kəsişməsində qeydə alınıb. 90 MF 499 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobilin qadın sürücüsü yan tərəfdən gələn 10 CN 808 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilə yol verməyib, nəticədə qəza baş verib.

Qadın toqquşma anında qapını açaraq avtomobildən özünü yola atıb, sükanı boş qalan “Nissan” isə qəzadan sonra 500 metr kənarda yoldan çıxaraq səkidə dayanıb. Xoşbəxtlikdən avtomobil səkidəki piyadalara xəsarət yetirməyib.

Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası və yol polisi əməkdaşları cəlb olunub.

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »