Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rəsulzadənin ruhuna xatir Azərbaycan iktidarlı müxalifətli bərabər və bütöv olamalıdır "
135 yaşlı dövlət xadimi anıldı

Türkiyədə Rəsulzadənin adını daşıyan ən yaxşı məktəbin rəhbəri: "Bundan çox qürur duyuruq"

Azərbaycan Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin doğumunun 135-ci ildönümü münasibətilə Ankarada anım mərasimi keçirildi.

Mərhum dövlət liderinin uyuduğu Ankaranın Əsri məzarlığında düzənlənən tədbiri Ankarada fəaliyyət göstərən Azərbaycan Kültür Cəmiyyəti təşkil etdi.

Toplantıya gələn ziyalılar öncə 1990-cı il 20 yanvarda və 1992-ci il 26 fevralda qətlə yetirilən soydaşlarımızı dualarla andılar.

Azərbaycan Kültür Dərnəyinin 70 yaşı oldu

Tədbiri giriş sözü ilə açan Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal Məmməd Əmin Rəsulzadənin bu il doğumun 135-ci ildönümü ilə yanaşı, bu gün 1 fevralda Ankarada yaratdığı Azərbaycan Kültür Mərkəzinin 70-ci ildönümü olduğunu və bu axşam 70 illik yubileylə bağlı xüsusi tədbirin keçiriləcəyini vurğuladı.

"Rəsulzadənin qurduğu dövlət demokratik, dünyəvi, parlamentar, insan haqlarına sayğılı dövlət idi"

"Məmməd Əmin Rəsulzadə həqiqətən o dövrün Atatürkə bərabər yetişdirdiyi bir şəxsiyyət, ən dəyərli dövlət adamı idi. Onun qurduğu dövlət demokratik, dünyəvi, parlamentar, insan haqlarına sayğılı, insan hüquqlarına bərabər önəm verən bir dövlət idi. 1918-ci ildə yaratdığı dövlət 23 ay sonra çox təəssüf ki, məhv edildi. O, doğulub böyüdüyü Azərbaycanla, xalqı ilə, hətta ailəsilə belə hallalaşa bilmədən yurd dışına çıxmaq zorunda qaldı. Amma geridə qoyduqlarını ölüncəyə qədər unutmadı" deyə sözlərinə əlavə etdi.

"Harada bir türk yaşayırsa, başı hər zaman uca olsun "

"Ən böyük insanlar öldükdən sonra da yaşaya bilən insanlardır. Əlbəttə ki, onu yaşadanlara da təşəkkür eləmək lazımdır" deyən Cəmil Ünal Rəsulzadənin ən böyük davamçısının mərhum Əülfəz Elçibəy olsuğunu söylədi: "O Bakıda 3 sacayağı üzərində mücadiləyə başladı. Onlardan biri Məmməd Əmin Rəsulzadə, biri Müsavat Partiyası və biri də Rəsulzadənin "Bir kərə yükslən bayraq bir daha enməz" dediyi üçrəngli bayraqdır. Bu bayraq var olduğu müddətcə Azərbaycan tarixdə şərəfli yerini qoruyacaqdır.

Bu gün də Azərbaycanda Məmməd Əmin Rəsulzadə düşüncələrini yaşadanlar var. Elçibəydən sonra Rəsulzadə ideyasının daşıyıcıları İsa Qəmbər və onun məsləkdaşlarıdır. Biz arzu edirik ki, Azərbaycan iktidar və müxalifət olaraq bərabər və bütöv olsun. Və bunu da diləyirik kı, harada yaşayan bir türk varsa başı hər zaman uca olsun".

Muğam ifaçısı Rəsulzadənin məzarı başında ağladı

İlk dəfədir Məmməd Əmən Rəsulzadənin məzarını ziyarət elədiyini söyləyən muğam ifaçıs Nuriyə Hüseynova məzarın başında duyğulanaraq Rəsulzadənin insanların qəlbində yaşamasından, hər bir Azərbaycan türkünün onunla qürur duymasından danışdı.

"Rəsulzadə Azərbaycanın ən böyük mənəvi dəyəridir"

Azərbaycan-Anadolu Kültür Sənət Həmrəyliyi Dərnəyinin rəhbəri, şairə Aidə Zeynalova Məmməd Əmin Rəsulzadənin Azərbaycanda müqəddəs bir dəyərə çevrildiyini dedi, qəlbi Azərbaycan sevdasıyla dolub şəhid olanlara Allahdan rəhmət, həyatda yaşayan Azərbaycansevərlərə cansağlığı dilədi. Sonra özünün "Azərbaycan Türkiyə" şerini səsləndirdi.

Türkiyənin 1993-1994 tədris ilində yaradılan Məmməd Əmin Rəsulzadə adına Liseyin rəhbəri Hüseyn Gazi Yildirim söz alaraq çıxış elədi. Dedi ki, bu məktəb Ankaradakı məktəblər arasında 3-cü, Türkiyə məktəbləri arasında isə 10luqda olmasina görə, Məmməd Əmin Rəsulzadə adına layiq bir təhsil ocağıdır və o, bundan böyük qürur duyur: "Lisemizin sıradan bir okul olmaması da mərhum Rəsulzadə adına yakışan bir durumdur. Və bu da ayrıca gürurvericidir. Bir digər məsələ onunla bağlıdır ki, biz Azərbaycanla ilgili yaşayanan bər çox olayları izləyirik. Çünki Qarabağ mövzusu bizim də məsələmizdir. Mən Qızılcahamamdanam. 7-8 il öncə bələdiyyə başkanımız Türkiyədə bəlkə də yeganə olan Xocalı muzeyini açdı. Çox da görkəmlə bir muzeydir. Oraya sizi dəvət eləyirəm, təşrəflərinizlə onur vermiş olursunuz".

Məktəb rəhbəri Rəsulzadə ilə bağlı liseydə önəmli tədbirlərin keçirilməsi arzusunu da dilə gətirdi: "Bundan sonra da inşllah bu cür fəaliyyətlərdə sizlərin yanında olmaq bizə mutluluq verəcəkdir. Və bir də okulumuzda Rəsulzadənin önəmsənməsini, onunla bağlı davamlı tədbirlərin keçirilməsini və Azərbaycanla daha sıx əlaqələri, Azərbaycan məktəbləriylə əlaqələrimizin olmasını arzu edirik. Məmməd Əmin Rəsulzadə ruhuna sayğı olaraq 28 May mövzusunda məktəbimizdə coşğulu bər tədbər düzənlənməsini planlayarıq".

Sevil Unal, Ankara

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Deputat və ruhanilər öz işini görsəydi...
Son xəbərlər
Bütün xəbərlər »