Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ad günündə 1 milyon dollar qazandı

ABŞ-ın Tennesi ştatında yaşayan Devon Braun üçün ad günü ikiqat bayrama çevrilib. Harrimen şəhər sakini əlamətdar gündə 1 milyon dollar qazanıb.

Bizimyol.info UPİ informasiya agentliyinə istinadən xəbər verir ki, Braun lotereya biletində böyük məbləğ udub. Devon məhz doğum günündə bilet alıb. Evdə nəticəni yoxlayanda yeddirəqəmli uduşdan xəbər tutub.

“Biletə azı yüz dəfə baxmışam. Hələ də mənə elə gəlir ki, uduş gözümə görünüb” – uğurlu adam belə deyib.

Braun bütün gecəni yatmayıb. Ertəsi atası və əmisi oğlu ilə uduşu götürmək üçün lotereyanın təşkil olunduğu qərargaha gedib. Devon bir anda milyonçu olmağına baxmayaraq, şirkətdəki sadə işini tərk etmək fikrində deyil. Braun gələcəkdə puldan yeni iş qurmaq üçün istifadə etməyi düşünür.

Keçən il kanadalı qadın ona hədiyyə olunan lotereya bileti sayəsində 1 milyon Kanada dolları (təxminən 800 min ABŞ dolları) qazanmışdı.

Son xəbərlər
Bütün xəbərlər »