Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko boşanmaların səbəbini tapdı: "Qızlar qayğanaq bişirə bilmir"

Belarus prezidenti Aleksandr Lukaşenko məktəblərdə əmək dərslərinə böyük diqqət ayırmağı tələb edir. Dövlət başçısı hesab edir ki, həm oğlanların, həm də qızların ailəyə hazır olması məhz məktəbdən başlayır.

Bizimyol.info xəbər verir ki, Lukaşenko “BelTa” informasiya agentliyinə bu haqda danışıb. “Batya” əvvəlcə oğlanları tənqid edib: “Bilmirəm, necə evlənirlər. Niyə arvadları onları evdən qovur və ailələr dağılır? Adicə lampanı dəyişə bilmir, çaydanı və ya qəhvəbişirəni təmir etməyi bacarmır”.

Qayğanaq

Prezident gənclərin rəndə, iskənə, çəkic, balta kimi alətlərdən istifadə etməyi bacarmadıqlarından narahatdır. Lukaşenko deyib ki, belə şeyləri məktəbdə öyrətməlidirlər. Qızların hazırlığı da onun xoşuna gəlmir: “Niyə qızlar qayğanaq bişirə bilmir, düymə tikməyi bacarmır?”

Prezident hesab edir ki, məktəbdə bir çox vərdişlərin mənimsənilməsi vacibdir. Bundan başqa, Lukaşenko bədən tərbiyəsinə xüsusi diqqət ayırmağın əhəmiyyətindən danışıb.

Belarus rəhbəri ilk dəfə deyil təhsil haqqında söz açır. Məsələn, Lukaşenko orta məktəblərdə ağır dərs proqramından narazıdır. Dəfələrlə bunu qeyd edib. Onun fikrincə, daha çox tələbələr yüklənməlidir.

Son xəbərlər
Bütün xəbərlər »