Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Taksi sürücüsünə ölüm hökmü çıxarıldı

Adətən, taksi sürücüləri bəzi müştərilərdən çəkinir, onlardan həyatına təhlükə gələ biləcəyini düşünür. Çində əksinə olub, taksi sürücüsü müştərinin həyatına son qoyub.

Bizimyol.info xəbər verir ki, Çjun Yuanya yolun kənarından götürdüyü 20 yaşlı qızı öldürüb. O, qətllə yanaşı, zorlama və soyğunçuluqda da ittiham olunur.

Çjetszyan vilayətindəki Vençjou şəhər məhkəməsi taksi sürücüsü ilə bağlı ölüm hökmü çıxarıb. Baxmayaraq ki, Çjun həbs olunanda günahını etiraf etmişdi.

Qız taksiyə əyləşəndən bir neçə dəqiqə sonra nəsə narahatlıq hiss edib. Onu daha çox sürücünün maşını tanış olmayan yerlərlə sürdüyü şübhələndirib. Qız bu haqda rəfiqəsinə yazıb. Təxminən beş dəqiqə sonra rəfiqə başqa mesaj alıb: “Xilas edin!” Bundan sonra qızla əlaqə saxlamaq mümkün olmayıb.

Yanvarın 29-da Çində başqa bir taksi sürücüsü haqda ölüm hökmü çıxarılıb. O, keçən ilin sentyabrında maşını kütlənin üstünə sürmüşdü. Hadisə nəticəsində 15 nəfər ölmüşdü, 43 nəfər yaralanmışdı.

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »