Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnsan yuxuda da təhsil ala bilərmiş

İsveçrə alimlərindən maraqlı və mühüm kəşf

İsveçrə alimləri aydınlaşdırıb ki, insan beyni hətta yuxu zamanı da fikir assosiasiyaları yarada bilər. Bizimyol.info "Kurier" nəşrinə istinadən xəbər verir ki, insan hətta yuxuda da təhsil ala bilər: “Artıq çoxdan məlumdur ki, yuxu öyrəniləm materialın daha yaxşı yadda qalmasına imkan verir. Əgər axşam öyrəndiyin bir musiqinin musiqi alətində ifasını unutmuş olsan belə, ertəsi günü səhər onu daha asan ifa edə edə bilərsən. Fikir assosiasiyasının həm də şüurun işləmədiyi dərin yuxuda belə yaranması isə artıq yeni kəşfdir”.

İsveçrənin Bern Universitetində Katarina Henkenin, Mark Tstustun və Simon Ruxun apardığı araşdırmalar zamanı keçirilən eksperimentlərdə 41 nəfər iştirak edib. Yuxuda olduqları zaman onlara qulaqcıqlarla müxtəlif anlamlı uydurulmuş sözlər deyilib. Məsələn, birinin qulağına “Guqa- quş”, o birinin qulağına “Guqa-fil” sözləri deyilib. Ayılanda həmin adamlardan soruşublar ki, Guqa böyük bir şeydir, ya kiçik? Bu zaman deyilən sözlərin yuxunun hansı fazasından asılı olaraq cavablar verilib və 60 faiz hallarda onlar doğru cavablar veriblər.

Professor Katarina Henke deyib ki, əldə olunan nəticələri təhsil almaqda, öyrənməkdə çətinlik çəkən insanlara kömək məqsədilə istifadə etmək olar. Ancaq onun həmkarı Mark Tsyust deyir ki, bu heç də gecə özünə çoxlu informasiya axını yönəltmək və həmin informasiyaların tam şəkildə yaddaşında qalacağını düşünmək üçün əsas vermir. Kurrier yazır ki, belə yuxunun arzuolunmaz nəticələri hələ öyrənilməyib.

Son xəbərlər
Bütün xəbərlər »