Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycanda da pensiya yaşı azaldıla bilər”

Milli Məclsiin deputatı gələcəkdə İtaliya təcrübəsinin tətbiqini istisna etməyib.

Bizimyol.info xəbər verir ki, İtaliya Respublikasının Prezidenti Serjo Mattarella pensiya islahatı haqqında qanunu imzalayıb. Qanunda “kvota 100” adlanan yeni qayda tətbiq olunur. Qaydaya görə, yaşının və iş stajının cəmi 100 ili dolduran vətəndaş pensiyaya çıxa bilər. Məsələn, 62 yaşı olan bir şəxsin 38 il iş stajı varsa, pensiya hüququndan istifadə edə bilər. Bundan başqa İtaliyada aztəminatlılar üçün baza gəlirinin mütləq həddi müəyyən edilir.

Bundan əvvəl məlumat verilmişdi ki, İtaliya 2019-cu il üçün dövlət büdcəsini Avropa İttifaqı ilə razılaşdırıb.

Xatırladaq ki, Azərbaycanda pensiya yaşı əksinə 2017-ci ildə artırılıb. “Əmək pensiyaları haqqında” qanuna görə, 63 yaşlı kişilərin və 60 yaşlı qadınların fərdi hesabına sığorta hissəsində toplanmış pensiya kapitalı əmək pensiyasının aşağı həddindən az olmadıqda sığorta stajı nəzərə alınmadan, əks halda isə 25 il stajı varsa, əmək pensiyası ala bilər. Eyni zamanda pensiya yaşının mərhələli şəkildə artırılması nəzərdə tutulub. 2017-ci il iyulun 1-dək kişilərin 63 yaşı varsa, 2021-ci ildək, qadınların yaş həddi isə 2027-ci ildək 6 aylıq mərhələlərlə artırılır. İtaliyadakı “kvota 100” adlanan dəyişiklik Azərbaycanda da tətbiq oluna bilərmi? Tətbiq olunsa effekt verər?

Azər Badamov

Milli Məclisin deputatı, iqtisadçı-alim Azər Badamov Bizimyol.info saytına açıqlamasında deyib ki, gələcəkdə Azərbaycanda da pensiya həddi aşağı salına bilər: “Bu istiqamətdə addımlar atıla bilər. Amma bugunkü “Pensiya haqqında” qanuna görə kişilər 65, qadınlar isə 63 yaşda pensiyaya çıxacaq. İtaliyanın pensiya qanunundakı dəyişiklik səmərə verərsə, ola bilsin, İtaliya təcrübəsindən də bizim qanunvericilikdə istifadə olunsun”.

Gülnarə ƏMİRQIZI / Bizimyol.info

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »