Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nişanlarda dəyişiklik olundu: Sürücülərin diqqətinə!

Bakıda parklanmanın daha səmərəli idarə edilməsi məqsədilə nəqliyyat vasitələrinin intensivliyinin buraxıcılıq qabiliyyətindən daha az olduğu yollardakı müvafiq nişanlarda dəyişiklik olunur.

Bakı Nəqliyyat Agentliyindən Bizimyol.info-ya verilən məlumata görə, bu çərçivədə paytaxtın Azadlıq prospekti, Bülbül, S.Vurğun, D.Əliyeva, R.Behbudov və Ü.Hacıbəyov küçələrində ümumilikdə 33 nişan qanunvericiliyin tələbinə uyğun dəyişdilirilib. 19 yerdə 3.27 nişanı 3.28 nişanı ilə əvəz edilib. 14 nişanda isə çatışmazlıq aradan qaldırılıb. Dəyişiklik edilən yol nişanlarına onların tələbinin qüvvədə olduğu vaxtla bağlı (07:30-20:00) məlumat lövhələri də (7.5.4 yol nişanı) qoyulub. Sürücülərin diqqətinə çatdırırıq ki, 3.27 və 3.28 nişanlarının tələbinin qüvvədə olmadığı müddətdə nəqliyyat vasitəsini yolun 2-ci, 3-cü cərgəsində saxladıqları halda onlara qarşı inzibati tənbeh tədbirləri görüləcək.

Bu cür tədbirlər digər küçələrdə də həyata keçiriləcək. Qanunsuz parklanmaya intellektual nəzarət kameralarının quraşdırılması nəzərdə tutulan yollar da müəyyən müddətdən sonra təhlil ediləcək. Nəqliyyat intensivliyinin artması və azalmasına uyğun olaraq yolun buraxıcılıq qabiliyyətinə əsasən yol nişanlarında dəyişikliklər edilə bilər.

Məlumat üçün bildiririk ki, qanunsuz parklanmaya intellektual nəzarət sisteminin kameralarının quraşdırılması işləri çərçivəsində ümumilikdə 360 məntəqədə kameraların quraşdırılması planlaşdırılır.

Paylaş »
››› Mədəniyyət Nazirliyi Canəli Əkbərovun ölümü ilə bağlı nekroloq yayıb
››› Moskva görüşündən gözləntilər
››› Azərbaycan Prezidenti və Ermənistan Baş naziri noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
››› Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
››› "İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
››› DİN: "COVID-19 pasportu olmayan mərasim yerlərinə polisin naryad qrupları cəlb edilib"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »