Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT Səudiyyə şahzadəsini Kaşıkçının qətlində şübhəli bilir

BMT-nin Türkiyədə olan nümayəndə heyəti Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı jurnalist Camal Kaşıkçının qətli ilə bağlı işdə əsas şübhəli hesab edir.

Bu barədə Türkiyə prezidentinin müşaviri Yasın Aktay BMT-nin xüsusi məruzəçisi Aqnes Kallamardla keçirdiyi görüşün yekunları ilə bağlı verdiyi açıqlamada bildirib.

Kallamard həftənin əvvəlindən etibarən müxalifətyönümlü səudiyyəli jurnalistin qətli ilə bağlı iş üzrə dəlilləri araşdırır.

“BMT nümayəndə heyəti əsas şübhəli kimi vəliəhd şahzadəni görür”, - deyə Aktay bildirib.

Bir müddət əvvəl BMT nümayəndə heyətinin Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna buraxılmadığı haqqında xəbər yayılmışdı. (Oxu.az)

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »