Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat komitə sədrini tənqid etdi: "50 min fəhləni işsiz qoyub"

"Samir adlı şəxs komitəyə sədr təyin olunan kimi, 50 min fəhləni işdən çıxardı"

Bizimyol.info xəbər verir ki, bunu parlamentdə deputat Fəzail Ağamalı deyib. O, Dövlət Şəhərsalma və Arxitektura Dövlət Komitəsinin sədri Samir Nuriyevin barəsində tənqidi fikirlər səsləndirib. .

“Komitəyə Samir adında sədr təyin edilib. amirdir. Təyinatı alqışladıq ki, cavan adamdır. Amma gələn kimi bütün tikinti işlərini dayandırdı, nə qədər adam işsiz qaldı. O, bunun məsuliyyətini başa düşürmü? Vaxtilə Maliyyə Bazarlarına Nəzarət Palatasını yaradanda Rüfət Aslanlını da alqışladıq. İndi də Samir adlı cavan bir oğlan var. Amma bu insanların məşğulluğuna son qoyub. Xahiş edirəm ki, məsələni diqqətə alasınız”.

Samir Nuriyev

Spiker Oqtay Əsədov isə deputata irad tutub ki, komitə sədrinin soyadı da var və onu "Samir adlı şəxs" kimi səsləndirmək doğru deyil.

Oqtay Əsədov

O.Əsədov həmçinin 50 min fəhlənin harada işsiz qalması barədə dəqiq məlumat istəyib: "Dəqiqləşdirilmələr aparmadan ajiotaj yaratmayın. Prezidentin sərəncamı ilə təyin olunmuş adamdır. Niyə bu qədər cavan, ya qoca sözlərini deyirsiz?”

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Bakıda güclü yanğın başladı - Video
››› Bacadan tapılan məktub hamını heyrətləndirdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kirayə bazarının vəziyyəti Operativ Qərargahın qərarından asılı olacaq
››› İsrail 6 milyonluq peyvəndi məhv edəcək
››› Ərdoğan yanğından zərər çəkmiş vətəndaşlarla görüşüb - Video
››› Azərbaycanın yanğınsöndürmə qüvvələri Türkiyədə yanğınla mübarizə aparırlar - Video
Son xəbərlər
Bütün xəbərlər »