Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Siyavuş Novruzov: “Söyüş söyürlərsə, söyüşlə də cavablarını verməliyik”

Siyasi partiyalar və sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi hazırlanması təklif edilir

Milli Məclisin iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov siyasi partiyalarla bağlı yeni qanun qəbul edilməsini təklif edib. Bizimyol.info xəbər evrir ki, o, Azərbaycanda bəzi siyasi partiyalar Mərkəzi Seçki Komissiyalarına maliyyə hesabatı vermədiyini bildirib.

“Ətraflarında xeyli sayda köməkçi, cangüdən saxlayırlar. Amma hesabat vermirlər, yaxud da yazırlar ki, maliyyələri yoxdur. Onlar maliyyə mənbələri açıqlamalıdırlar. Çünki pulla adam saxlamaq, iğtişaş yaratmaq, mitinq keçirməyin mənbəyi məhz o qaranlıq mənbədə, şirədədir. O şirə bağlanmayınca, davam edəcəklər. Onlara madiyyat verənlər tapşırıqlarını da verirlər. Pul verən tapşırıq verməlidir. Onlar da canla-başla vətənə, dövlətə qarşı çıxırlar. Həmin insanlar üçün xalq, dövlət anlayışı yoxdur, maddi anlayış var. Bu məsələlər qanunvericiliklə tənzimlənməlidir, qarşısı qəti şəkildə alınmalıdır.

Deputat vurğulayıb ki, xaricdə ermənidən pul alanlar da bu şəkildə fəaliyyət göstərirlər. O bildirib ki, hamı onlara qarşı birlikdə mübarizə aparmalıdır: “Milli Məclis haqqında söz deyilir, hətta təhquir edirlər, amma bəzi deputatlar yaxalarını kənara çəkir, deyirlər ki, bizə aidiyyatı yoxdur. Bu deyilən söz bütün deputatlara aiddir. Əgər bizə söz deyilirsə, biz onlardan 20 dəfə artıq deməliyik. Başa düşsünlər ki, onlar bizlə qarşı-qarşıya gəlmək gücündə deyillər. Onlarınki yalnız söyüşdür. Söyüş söyürsə, qarşılıqlı cavabını verməliyik”.

Komitə sədri sosial şəbəkələrlə anonim adlar altında təhqirlər yazılması məsələsinə də toxunub. “ununla da mənəvi terror həyata keçirirlər. Bu, onların ağlının məhsulu deyil, xaricdə oturan bəzi dairələrin göstərişidir. Onlar bilmir ki, 25-30 ildir, siyasətlə məşğuluq, mexanizmi də çox yaxşı bilirik. Onlar bu cür addımlarla bizi qlobal siyasətimizdən döndərə bilməzlər”.

Spiker Oqtay Əsədov da deyib ki, sosial şəbəkələri oxuyanda insan xəcalət çəkir: “Nələr yazırlar… Milli Məclisin, dövlət rəhbərliyinin adına ağızlarına gələni yazırlar. Təhqirə yol verənlərin qarşısının alınmasını fikirləşməliyik. İnsanlar bilməlidir ki, mentalitet təhqirə yol vermir. Artıq hər şey şeydən keçiblər.

. Hesab edirəm ki, “Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna da yenidən baxılmalıdır”.

Deputat Sahib Alıyev deyib ki, Azərbaycanda sosial şəbəkə ilə bağlı qanun hazırlanmalıdır:

“Sosial şəbəkələrə diqqət yetirəndə görürük ki, burada mənəviyyat terrorçuları meydan sulayırlar, Orduxanlar, Vidadi İsgəndərlilər və s… Bunların fiziki terror törədənlərdən fərqi yoxdur, onlar cəmiyyət üçün qorxulu və təhlükəlidirlər. Bu cür ünsürlərin qarşısı qanunvericilik yolu ilə alınmalıdır. Bu, son dərəcə əhəmiyyətlidir”.

Komitə sədri Əli hüseynli isə bildirib ki, sosial şəbəkələrdə anonim adlarla təhqir yazanlarla bağlı məsuliyyət nəzərdə tutulub. O xatəırladıb ki, 2016-cı ildə Cinayət Məcəlləsinə 148-1-ci maddəsi əlavə olunub. “Bu maddə anaonim adlarla təhqir yazanlara qarşı məsuliyyəti nzəərdə tutur”.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› “Azərbaycandan çox geri qalmışıq”
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
Son xəbərlər
Bütün xəbərlər »