Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Problemli kreditlərin dörddə birini vətəndaş ödəməlidir”

Əli Məsimli məsuliyyətin vətəndaş, bank, Mərkəzi Bank və dövlət arasında bölüşdürülməsini təklif edir

Deputat Əli Məsimli Milli Məclisin plenar iclasında problemli kreditlərlə bağlı məsələyə toxunub. Bizimyol.info xəbər verir ki, o, problemli kredit portfelinin 14 faizə yaxınlaşdığını deyib. Deputatın sözlərinə görə, başqa ölkələrdə problemli kreditlərin faizi 3-5 faizə çatanda hökumət hərəkətə keçir. Yəni bizdə problemli kreditlərin həcmi kritik həddən bir neçə dəfə artıqdır. Hazırda 300-400 manat maaş alan vətəndaşlar artıq maaşının yarıdan çoxunu kreditləri ödəməyə sərf edir. Qalan məbləğ isə yaşayış minimumunu da ödənmir. Hamı problemin həllini bir-birindən gözləyir. Biz isə təklif etmişik ki, məbləğ dövlətin, bankların, Mərkəzi Bankın və əhalinin arasında bölüşdürülsün. Bu, ədalətli olar və əhalinin vəziyyətin yaxşılaşmasına çox böyük təkan olar”.

Kredir

Ə.Məsimli son üç il ərzində sahibkarlıq sahəəsində yoxlamaların dayandırılmasını müsbət addım kimi qiymətləndirib. O bildirib ki, bununla ölkədə yoxlamaların satyı min dəfə azalıb və sahibkarlığın inkişafına təkan verib. Deputat deyib ki, bundan sui-istifadə edərək, keyfiyyətsiz məhsullarla Azərbaycanı poliqona çevirmək istəyənlər mövcuddur. “Ona görə də qida təhlükəsizliyinə dair qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var. Bu cür halların aradan qaldırılması üçün Qida Təhlükəsizliyi Agentliyi addımlar atır. Təklif edirəm ki, agentliyin səmərəli fəaliyyəti üçün “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi hazırlansın. Bununla bağlı digər qanunvericilik aktlarına da dəyişiklik edilməsini vacib hesab edirəm”.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› PKK-ya bağlı olan terror təşkilatı: “Türkiyədə yanğınları biz törətmişik”
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
Son xəbərlər
Bütün xəbərlər »