Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda erməniyə heykəl qoyulması deputatların etirazına səbəb oldu

“Bu, Gürcüstanda başucalığı gətirmir”

Milli Məclisin iclasında deputat Əflatun Amaşov Gürcüstanda erməni separatçısı Avakanyana abidə qouyulması ilə bağlı çıxış edib.

Bizimyol.info xəbər verir ki, Axalkalakidə qoyulan heykəllə bağlı Azərbaycan tərəfinin də müvafiq addımlar atılmalı olduğunu deyib.

Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, Gürcü hökumətinin Axalkalakidə erməni separatçısına qoyulan abidə ilə bağlı həssaslığı nəzərə alacağına ümud edir. “Bununla bağlı Xarici işlər nazirliyi iş görür. Gürcüstanın Azərbaycandakı səfiri nazirliyə çağrılaraq və bununla bağlı məsələ onun diqqətinə çatdırılıb. XİN-nin münasibəti var . Bu istiqamətdə iş gedir. Güman edirəm ki. Gürcü hökuməti bu məsələyə diqqət yetirəcək və məsələ həllini tapacaq” - O.Əsədov deyib.

Deputat Vahid Əhmədov da deyib ki, bu Gürcüstana baş ucalığı gətirən hərkət deyil

O bildirib ki, Azərbaycanın reallaşdırdığı layihələr Gürcüstan üzərindən keçir və bu layihələridən xeyli dvidentlər əldə edirlər. “Gürcüstan hökuməti də bunu nəzərə alaraq Azərbaycanla bağlı məsələlərə həssaslıqla yanaşmalı və onu başa düşməlidir. Erməni seprataçıya heykəl qoyması Gürcüstan hökumətinə başucalığı gətirən hərəkət deyil”.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Bakıda güclü yanğın başladı - Video
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »