Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“AzəriKard” jurnalislərlə üçün media tur təşkil edib

Yanvarın 30-da “AzəriKard” Prosessinq Mərkəzi media nümayəndələri ilə görüş təşkil edib.

Tədbirdə şirkətin baş direktorunun müavini Zakir Əhmədov və Biznesin İnkişafı Departamentinin rəhbəri Cahangir Məmmədov “AzəriKard” Prosessinq Mərkəzinin işi barədə geniş təqdimatla çıxış edib.

Zakir Əhmədov plastik kartlar, ödəniş sistemləri və bank kartları ilə bağlı olan proseslər haqqında danışıb. Cahangir Məmmədov isə “AzəriKard”ın ümumilikdə İnformasiya Texnologiyaları və Bankçılıq sektorunda uğurlu fəaliyyəti, eləcə də ölkədə nağdsız ödənişlərin həyata keçirilməsində önəmli rolu barədə jurnalistlərə ətraflı məlumat verib.

Təqdimatdan sonra jurnalistlər üçün “AzəriKard”-ın ofisində media tur təşkil olunub. Media nümayəndələri şirkətin iş prosesi ilə yaxından tanış olublar.

“AzəriKard” Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəniş Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prossesinq mərkəzidir. Hal-hazırda “AzəriKard” Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda 21 banka prossesinq xidməti göstərir və onların hər biri Beynəlxalq Ödəmə Sistemlərinin üzvüdür.

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »