Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Venesuelada vətəndaş müharibəsi ehtimalı var"

"Venesuelanın daxili işlərinə kənardan müdaxilələr bu ölkədə vətəndaş müharibəsinə gətirib çıxara bilər".

“Habertürk” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Parlamentinin bu günlərdə Venesuela müxalifətinin lideri, Milli Asambleya sədri Xuan Quaidonu ölkənin prezidenti kimi tanıdığını açıqlamasını şərh edərkən bildirib.

Avropa İttifaqı üzv ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak etmək üçün Buxarestə gələn M.Çavuşoğlu məsələyə münasibət bildirərkən deyib: “Xarici müdaxilələr məsələni həll etməz, vətəndaş müharibəsinə səbəb ola bilər”.

Xatırladaq ki, ötən gün Avropa Parlamenti Avropa İttifaqı ölkələrini Venesuela müxalifətinin lideri Xuan Quaidonu ölkənin qanuni prezidenti kimi tanımağa çağıran qətnaməni səs çoxluğu ilə qəbul etmuişdi.“Report”

Paylaş »
››› Aclıqdan qız övladlarını satırlar
››› Ailələrdə ər və arvad bir-birindən daha çox nəyi gizlədir...
››› Rusiya “Bayraktar”a görə Türkiyə meyvələrinə qadağa qoyub
››› FHN Abşeronda ev əşyalarını balkondan atan qadınla bağlı məlumat yayıb
››› İşğaldan azad olunmuş ərazidə qolları məftillə bağlı skeletlər tapılıb - Video
››› Moskvada 11 günlük qeyri-iş günləri başlayır
››› "Bu linklərə daxil olmaqla komputer və smartfonunuzla ömürlük vidalaşa bilərsiz"
Son xəbərlər
Bütün xəbərlər »