Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Park Cinema”dan “Tələbə tarifi”

“Park Cinema” kinoteatrlar şəbəkəsi yeni “Tələbə tarifi”nin şərtlərini açıqladı.

İndi hər bir tələbə öz tələbə biletini təqdim etməklə, xüsusi qiymətlərdən yararlana bilər.

Şəbəkənin piar-meneceri Rüstəm Fətəliyev tariflə bağlı bunları deyib: “Park Cinema” olaraq, biz alı təhsil ocaqlarımızda oxuyan gənclərimizə həmişə açıq olmuşduq. Bildiyiniz kimi, “Azərbaycan Tələbə Kartı”nın sahibləri bizim şəbəkəmizdə biletləri endirimlə ala bilirdilər. İndi isə biz bu imkanı bütün tələbələrə veririk. Bunun üçün öz tələbə biletini təqdim etməyə kifayətdir”.

“Əminəm ki, bu qiymətlər tələbələrimizin xoşuna gələcək. “Dolby Atmos” və “LaseR” zallarına biletlərin qiyməti 4,20, IMAX zalına isə 4,90 AZN-dən başlayacaq”, - Fətəliyev deyə bildirib.

Qiymətlərin ətraflı cədvəli - http://parkcinema.az/campaigns/view/23?lang=az

“Park Cinema” Azərbaycanın ən texnoloji kinoteatrlar şəbəkəsidir. Tərkibində “Flame Towers”də yerləşən “IMAX 3D”, “Park Bulvar”da fəaliyyət göstərən “LaseR” və “Metropark”dakı “Birkart Dolby Atmos” zalı var.

“Park Cinema” IMAX 3D formatı ilə təchiz olunmuş Azərbaycanın yeganə kinoteatrlar şəbəkəsidir.

Biletləri “Park Cinema”nın rəsmi saytında (www.parkcinema.az), iOS və Android üçün tətbiq olunmuş əlavələrdən əldə edə bilərsiniz.

Paylaş »
››› İşğaldan azad olunmuş ərazilərdə kimlərə iş verilir: "Çox gülünc şərtlər qoyulub"
››› Gözlənilən Moskva görüşü aranı qarışdırdı: İrəvanda mitinqlər başlayır
››› Hərbi təlimlərə çağırış anlaşılmazlığa səbəb oldu: Regionda yeni toqquşma gözlənilirmi...
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
››› “Vəzifəli şəxs qanunsuz olaraq mülkümü söküb”
››› ÜST Baş Direktoru: Epidemiya biz istəyəndə bitəcək
››› “Bu, təkcə, Qubadlıya deyil, bütün azad olunmuş ərazilərə aid olacaq”
Son xəbərlər
Bütün xəbərlər »