Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert Gürcüstana gedən məmurları və deputatları sərt tənqid etdi

“Azərbaycandan Gürcüstana gedən nümayəndə heyəti, məmurlar, deputatlar ancaq Tbilisi və Marnueliyə gedirlər. Onlar azərbaycanlıların sıx yaşadığı Dmanisi, Bolnisi, Qaraçöp, Loqadixiyə niyə getmirlər?”.

Bizimyol.info xəbər verir ki, bu barədə Gürcüstan azərbaycanlılarının problemləri mövzusunda keçirilən mətbuat konfransında qafqazşünas Kamran Ramazanlı bildirib.

O, iddia edib ki, Azərbaycanın Təhsil Nazirliyinin Gürcüstanda olan məktəblərə göndərdiyi dərs vəsaitləri Marnueli bazarında satılır: “Dmanisi, Bolnisi, Qaraçöp, Loqadexi olan Azərbaycan məktəblərinə göndərilən dərs vəsaitlərə həmin rayonların məktəbinə verilmir, bazarda satılır. Məmurlar, deputatlar Gürcüstana gedəndə işlərini Tbilisi və Marnueliyə səfər etməklə yekunlaşdırmasınlar. Azərbaycanlıların yaşadığı digər bölgələrə də gedib, onların problemi ilə maraqlansınılar”.

O, qeyd edib ki, Azərbaycan rəsmilərinin, Gürcüstanda və Azərbaycanda yaşayan azərbaycanlı ziyalıların passivliyi ucbatından vəziyyət gərginləşib: “Gürcüstanın rəsmi rəqəmlərinə görə Gürcüstan vətəndaşı olan 500 min yerli azərbaycanlı var. Gürcüstan rəhbərliyinin rəsmi Bakının və ziyalıların soyuq münasibəti nəticəsində azərbaycanlılara münasibət pisləşir. Öncə rayonların, kəndlərin adını dəyişdilər, məktəbləri bağladılar. İndi də dövlət xadimi, yazıçı, həkim Nəriman Nərimanovun adı Marnueli rayonu Mədəniyyət Evindən götürülüb, bu gün isə həmin yerin qarşısındakı heykəli götürmək istəyirlər”.

Ramid İbrahimov

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
››› "Başa düşmürsünüzsə, vay bizim halımıza!" - Ter-Petrosyan
››› 76 ildən sonra bu gecə ilk dəfə dünyanın hər yerindən nadir təbiət hadisəsi görünəcək
››› Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı
Son xəbərlər
Bütün xəbərlər »