Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erkən boşanmanın səbəbi nədir? - Videosorğu

İllər öncə dünyanın məşhur müğənniləri və aktyorları bir neçə ildən sonra boşananda təəcüblənirdik.

Amma bu gün Azərbaycanda erkən boşanmaların sayı artıb, hətta 1 aydan, 1 ildən sonra boşananlar var.

Adətən, erkən boşanmaya səbəb kimi erkən nikahlar göstərilir. Erkən nikahların baş verməsinin əsas səbəbləri valideynlərin öz qızlarının gələcəyi barədə narahatlığının olması, mövcud adət-ənənələr və qızların özlərinin ailə qurmaq istəyidir. Ekən nikahların baş verməsinin səbəbləri sırasında sonuncu yeri ailənin iqtisadi vəziyyəti tutur.

Ailə qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi boşanmalara səbəb kimi qadınların məişət zorakılığına məruz qalmasını və cütlüklərin sosial şəbəkələr vasitəsi ilə tanışlığını göstərir. Valideynlərin qarşılıqlı razılaşması əsasında qurulan ailələr də çox hallarda boşanmayla nəticələnir. Boşananlar arasında yaşı 18 olan oğlanlar və qızlar da var.

Ailə qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi cütlüklərin nikaha daxil olmazdan əvvəl psixoloq yanına getmələrini tövsiyə edir. Düşüncələri, əyləncə anlayışları, hadisələrə baxış tərzləri üst-üstə düşən gənclərin evlilikləri daha uzunömürlü hesab olunur.

Bizimyol.info-nun əməkdaşı Ramid İbrahimov Bakı sakinlərindən soruşub: Erkən boşanmanın səbəbi nədir?

Paylaş »
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Antalyada yanğınlar məhəllələrə də keçib
››› Bacadan tapılan məktub hamını heyrətləndirdi
Son xəbərlər
Bütün xəbərlər »