Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Səhiyyə Nazirliyi ört-basdır praktikasına son verməlidir" - Tibb elmləri doktoru

Ümumdünya Səhiyyə Təşkilatının Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi və Avropa Bürosu Azərbaycanda 2019-cu ilin yanvar ayının ilk 3 həftəsi ərzində laborator yoxlamalar zamanı 82 nümunədən 42-də müsbət nəticə əldə edildiyi, 16 halda А/H1N1 virusunun üzə çıxdığı barədə məlumat yayıb. Yayılan məlumat isə cəmiyyətdə ajiotajla qarşılanıb.

Lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ÜST-nın yaydığı bu məlumatı təkzib edərək Azərbaycanda H1N1 virusunun-Donuz qripinin yayılmadığını bildirib:

"Azərbaycanda bu günə qədər donuz qripinə yoluxma halları aşkarlanmayıb. Ümumdünya Səhiyyə Təşkilatına Taun əleyhinə stansiya tərəfindən hər hansı nümunə göndərilməyib. ÜST-ün hansı nümunələrə əsaslanaraq bu məlumatı yaydığı bizə məlum deyil".

Eyni zamanda Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev açıqlama verərək nazirliyin verdiyi açıqlamanı şübhə altına alıb:

"Azərbaycanda A/H1N1 virusu aşkarlanmış 16 nəfərin heç biri xəstəxanaya yerləşdirilməyib, onların hamısı sağlam vəziyyətdədirlər".

Həmçinin o əlavə edib ki, həmin şəxslərdə adıçəkilən A/H1N1 virusunun olması Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasında, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tərəfindən təsdiqlənib: "Amma bu "donuz qripi" deyil, mövsümi qripdir".

Bu yaranmış təzadlı fikirlərlə bağlı Bizimyol.info-ya açıqlama verən Tibb elmləri doktoru, tibb eksperti Adil Qeybulla bildirib ki, Səhiyyə Nazirliyi ört-basdıq praktikasına son verməlidir və bu problemi vətəndaşın üzərinə atmamalıdır:

"Biz bəzən soyuqdəymə ilə qripi qarışdırırıq. Əhali soyuqdəymə xəstəliklərinin hamısını qrip adlandırır ki, bu da qrip deyil. bu bakteriyaların baş qaldıraraq iltihablaşma yaratma prosesidir, qrip isə xüsusi virusdur, virusların isə 3 növu var A, B, və C. Ən çox epidemiya yaradan forma isə A virusudur. "Donuz qripi" adlandırdığımız H1N1 virusu da A qrupu virusuna aiddir. Bu qrip isə ilk dəfə donuzlarda aşkarlandığına görə məhz simvolik olaraq "Donuz qripi" adlandırlımağa başlayıb və bu virusdan xeyli sayda insan vəfat edib. Bu məsələləri nəzərə alaraq bu virusa ciddi yanaşmaq lazımdır.

Bildiyimiz kimi Gürcüstanda bu xəstəlik geniş yayılıb və mütəmadi vətəndaşlarımız Gürcüstana gedib gəlirlər. Bu yaxın əlaqələr olduğu halda necə bu virus ölkəmizdə olmaya bilər? Bu qrip təkcə ölkənin problemi deyil, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının problemidir. Bu karantin infeksiyasıdır və 4 karantin infeksiyasından biridir. ÜST-nın isə bu xəstəliyi lokallaşdırılması üçün müvafiq tapşırıqları var. Azərbaycan bu tövsiyyələrə əməl etməlidir.

Televiziya ekranlarımızda isə bütün günü boş-boş danışırlar, mənasız verilişlərdənsə əhalini məlumatlandırmaq, maarifləndirmək, xəstələnərsə nə etməli olduğunu izzah etmək, nə cür profilaktik tədbir görmək lazımdırsa onu çatdırmaq, ictimai yerlərdə necə davranmaq lazımdırsa onu başa salmaq lazımdır. Ört-basdır praktikasına son qoymaq lazımdır. Biz artıq Qərbə inteqrasiya etməliyik. Bu eyni zamanda genofondun sağlamlaşdırılması məsələsi var, bu məsələyə ciddi yanaşmaq lazımdır.

Bu virusun ölkəmizdə yayılması nəzəri baxımdan tam mümkündür, çünki qeyd etdiyim kimi Gürcüstanla sərhədik, orada geniş yayılıb və oradan da yoluxmuş şəxslərin ölkəmizdə yoluxdurması tam mümkündür. İlkin əlamətləri isə yüksək hərarət, əzələ və baş ağrıları, intoksikasiya və halsızlıq şəkildə biruzə verir. Bu cür əlamətləri olan şəxslər dövlət tərəfindən yoxlanmalıdır, dövlət bu məsələni vətəndaşın üzərinə atmamalıdır. Həmin şəxslər isə nəzarət altına götürülməlidir".

Rövşən Əsədov

Bizimyol.info

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »