Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda ərəb turistlərə yeni xidmət: Bələdçidən sürücüyədək …
Son zamanlar ərəb turistlərin Azərbaycana axını müşahidə olunur. Ölkə ərazisində fəaliyyət göstərən turizm obyektləri ərəblərin diqqətini cəlb etmək üçün xidmətlərində müəyyən dəyişikliklər ediblər. Bununla yanaşı, ərəb turistlərin Azərbaycana gəlməsi bir qrup şəxslərə yeni iş imkanları yaradıb. Belə ki, artıq Bakıda ərəb turistləri üçün mövsümü xarakter daşıyan turizm şirkətləri fəaliyyətə başlayıb.

Cebhe.info-nun məlumatına görə, artıq paytaxtda təxminən 10-a yaxın bu tip turizm şirkətləri fəaliyyət göstərir.

Həmin şirkətlərlə əməkdaşlıq edən şəxslərin Cebhe.info-ya verdiyi məlumata görə, əsas fəaliyyət istiqaməti turistlər üçün müxtəlif turlar təşkil etməkdir: “Bu gün paytaxtda 10-a yaxın şirkət fəaliyyət göstərir. Onlar ölkədə fəaliyyət göstərən böyük hotellərlə müqavilələr imzalayır və hotelin qonaqlarını qarşılamaq, yola salmaq, gəzdirmək və digər xidmətlər göstərir. Xidmətlərin qiyməti də digər şirkətlərə nisbətən daha münasibdir”.

Qeyd edək ki, mövsümü turizm şirkətlərində 15-ə yaxın xarici dil biliyi olan bələdçilər çalışır. Əmək haqqı isə hər bələdçi üçün gündəlik 50 manat təşkil edir. Şirkətlər əsasən orta tutumlu, 7 nəfərlik avtomobillərdən istifadə edirlər. Avtomobil xərcləri isə şəhərdaxili 80 manat, regionlar üçün isə 150-200 manat arasında dəyişir. Yemək xərci bu qiymətlərə daxil edilmir və fərdi qaydada ödənilir. Qiymətlərin münasib olması ölkəyə gələn turistlərin diqqətini cəlb edir. Cebhe.info-ya danışan şirkət əməkdaşının sözlərinə görə, turistlərin əksəriyyəti məhz mövsümü şirkətlərə müraciət edir.

Paylaş »
››› "Mənə telefonu verən Ziya Məmmədovdur, deməli, qaytarmalıyam, məhkəməyə gəlsin"
››› Ulduz  falı: 08 dekabr, 2021-ci il – Köhnə əlaqələri yeniləyə bilərsiniz
››› “AZAL prezidentinin əmri ilə haqqımda 8 il həbs hökmü hazırlanıb”
››› Camaatdan pul qoparmaq üçün “sonuncu fırıldaq”: “İki ildir paylayırıq”
››› Bürclərin xarakterik xəstəlikləri hansılardır...
››› 13 rəqəmi və ya güzgünün sınması təhlükəlidirmi...
››› Şaxta Babanın Türkiyədəki vətəni haqqında nə bilirik... - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »