Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Nazirliyin özü də əlilliyi olanlar üçün müyəssər deyil " - Video

Bakının Həsən Əliyev 7c ünvanında yerləşən binalarının birində çəkilən fotoşəkil xeyli müddətdir ki, ciddi müzakirələrə və çoxsaylı paylaşımlara səbəb olub. Belə ki, binanın birinci mərtəbəsində tikilməkdə olan şəbəkə marketlərinin birinə qalxan pilləkanlara pandusun quraşdırılması, onun qarşısında isə böyük sütünün qoyulması ciddi şəkildə tənqid hədəfinə çevrilib.

Bizimyol.info məsələni araşdırıb və məlum olub ki, sözügedən məkanda pandus daha öncədən quraşdırılmış, sonradan isə üst mərtəbə üçün quraşdırılan eyvanın sütunları pandusun yolunu kəsib. Bu barədə əməkdaşımıza danışan binanın inşaat mütəxəsisi qeyd edib ki, həmin eyvan və eyvanın alt hissəsinə quraşdırılmış sütun yenicə ərsəyə gəlib, bu səbəbdən də pandus yaxın günlərdə sökülərək müvafiq yerdən qurulacaq.

Paytaxt Bakıda əlilliyi olan şəxslərin sərbəst hərəkət etməsi nə dərəcədə təmin edilib?

Bu haqda Bizimyol.info-ya danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov qeyd edib ki, Bakıda müyəssərliyini təmin olunmasında vəziyyət heç də ürəkaçan deyil:

"Məlumdur ki, biz Birləşmiş Millətlər Təşkilatının müvafiq konvensiyasına qoşulmuşuq. Ötən il isə Əlilliyi olan şəxslərin hüquqları haqqında qanun da qəbul etmişik. Ondan öncə də 1992-ci ildə qanun var idi amma demək olar ki, yararsız vəziyyətdə idi. O qanunda əlilliyi olan şəxslərlə bağlı demək olar ki, çatışmayan cəhətlər çoxdur amma bəziləri nəzərdə tutulub. Əlilliyi olan şəxslərin əlilliyinin məyyən olunmasından tutmuş, dövlət təminatlarına qədər, əlilliklə bağlı ictimai maarifləndirmə, əlilliyi olan şəxslərin reabilitasiyası, inkişafı, əlilliyi olan şəxslərin müyəssərliyinin təmin olunması, o cümlədən əlilliyi olan şəxslərin təhsilə, kitabxanalara, ictimai binalara, təhil müəssisələrinə, iş yerlərinə sərbəst gediş-gəlişinin təmin olunması, məşğulluğunun təmin olunması, əmək məşğulluğunun təmin olunması, sosial müdafiəsi və digər məsələlər bu qanunda öz əksini tapıb.

Lakin praktikada vəziyyət necədir? Ən böyük problem məhz əlilliyi olan şəxslərin müyəssərliyidir. Son dövrlərdə Bakı Nəqliyyat Agentliyinin bəzi yerlərdə səkilərdə əlilliyi olan şəxslərin nəzərə alınması istisna olunmaqla bir çox yerlərdə müyəssərlik təmin edilməyib. Elə bu məsələ ilə birbaşa aidiyyatı olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzi aparatında qaydalara uyğun şəkildə təşkil olunmayıb. Bir əlilliyi olan və əlil arabasında hərəkət edən şəxs istəsə ki, nazirlə görüşsün, görüşə bilməyəcək. Çünki həmin arabaların üfüqi və vertikal hərəkəti üçün şərait yaradılmayıb.

Ölkə başçısının çıxışlarından sonra başladılar yeni tikilən binalarda panduslar quraşdırmağa, lakin bu pandusları da formal olaraq quraşdırdılar. Bəziləri sürüşkən mərmərdən, bəziləri 45 dərəcəli bucaq altında quraşdırılır ki, hətta idmançılar belə o arabalar vasitəsilə həmin panduslardan enməyə çalışsalar birbaşa xəstəxanalıq olacaqlar. Eyni zamanda nazirliklərin binalarında, yeraltı və yerüstü keçidlərdə, metro enişlərində əlilliyi olan şəxslərin hərəkəti düşünülməyib, panduslar quraşdırılmayıb. Bəzi yeraltı keçidlərdə düşmək üçün xüsusi avadanlıq nəzərdə tutulub lakin çıxmaq üçün keçidin digər tərəfində avadanlıq yoxdur, onu oradan Fövqəladə Hallar Nazirliyi gəlib çıxartmalıdır. Eyni zamanda nəinki əlilliyi olan şəxslər üçün, heç analar uşaqlarını arabada həmin panduslardan çıxarda bilmirlər. Bugünlərdə xəbər aldıq ki, metroda vaqonlarda əlilliyi olan şəxslərin arabaları üçün müvafiq yerlər düzəldilib, lakin həmin şəxslərin ümumiyyətlə metrolara düşməsi mümkünsüzdür.

Maraqlısı odur ki, yanğın təhlükəsizliyinin tələblərinə cavab verməyən binanın tikilməsinə icazə verirlər lakin əlilliyi olan şəxslərin hərəkətini təmin etməyən binaların tikilməsinə icazə verirlər. Xüsusi normalar və qaydalar müəyyənləşməyib. Əgər həmin məsələ ilə bağlı şikayət belə edilsə heç bir məsuliyyəti yoxdur.

2014-cü ildə Cenevrədə əlilliyi olan şəxslərin hüquqlarına dair komitənin sessiyasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri söz verdi ki, standartlar qəbul olunacaq və s. amma həmin ildən sonra tikilən demək olar ki, bütün istər ictimai binalarda, istər mədəniyyət obyektlərində, kitabxanalarda əlilliyi olan şəxslərin sərbəst hərəkət etməsi nəzərdə tutulmayıb".

Əməkdaşımızın sözügedən ərazidə çəkilən və müzakirələrə səbəb olan pandusdan hazırladığı videomaterialı oxuculaırmıza təqdim edirik:

Rövşən Əsədov

Bizimyol.info

Paylaş »
››› İşğaldan azad olunmuş ərazilərdə kimlərə iş verilir: "Çox gülünc şərtlər qoyulub"
››› Gözlənilən Moskva görüşü aranı qarışdırdı: İrəvanda mitinqlər başlayır
››› Hərbi təlimlərə çağırış anlaşılmazlığa səbəb oldu: Regionda yeni toqquşma gözlənilirmi...
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
››› “Vəzifəli şəxs qanunsuz olaraq mülkümü söküb”
››› ÜST Baş Direktoru: Epidemiya biz istəyəndə bitəcək
››› “Bu, təkcə, Qubadlıya deyil, bütün azad olunmuş ərazilərə aid olacaq”
Son xəbərlər
Bütün xəbərlər »