Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyanın iqamətgahından oğurluq etdilər, sonra yerinə qoydular - Maraqlı olay

Ermənistan baş naziri Nikol Paşinyanın iqamətgahından oğurluq edilib.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, oğrular Paşinyanın Yerevanın mərkəzində Baqramyan küçəsində yerləşən iqamətgahındakı hədiyələr muzeyindən 4 xatirə sikkəsini aparıblar.

Baş nazirin aparatından bildirilib ki, hadisə 25-30 yanvar tarixləri arasında baş tutub.

Ermənistan baş nazirinin iqamətgahı

Faktla bağlı 20-dən çox şəxs dindirilib. Lakin yanvarın 31-də xatirə sikkələrin yerinə qaytarıldığı ortaya çıxıb. Hazırda istintaq davam etdirilir. Oğurluq edən, daha sonra sikkələri yerinə qaytaran şəxslərin tapılması üçün tədbirlər görülür.

Son xəbərlər
Bütün xəbərlər »