Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəyanətkar sevgilisini aeroportda rüsvay etdi - Foto

Avstraliyanın Melburn aeroportunda sərnişinlər maraqlı hadisənin şahidi olublar. Sevgilisinin ona xəyanət etməkdən gəldiyini düşünən cavan oğlan “xəyanət etdiyini bilirəm” yazılan böyük plakatla hamının diqqətini çəkib.

Bizimyol.info xəbər verir ki, oğlanın davranışı “Twitter”də böyük müzakirəyə səbəb olub. Sosial şəbəkədən @KrystaalA niki ilə istifadə edən bir qız həmin fotonu paylaşmaqla 75 min layk toplayıb, üstəlik, 24 min retvit olub.

Sosial şəbəkə istifadəçiləri arasında xəyanətə uğradığı ehtimal olunan adamı qınayan da tapılıb, davranışını məntiqli sayan da. Məsələn, yazıblar ki, onun necə əzab çəkdiyini hiss etməmək mümkün deyil. Hərçənd, oğlan fotoda sakit görünür.

Digəri yazıb ki, hava limanında bu plakatı görsəydi, heç fikir də verməzdi. Əsasən qızı ittiham edənlərin sayı daha çox olub.

Son xəbərlər
Bütün xəbərlər »