Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağcaqanad sancdı, ayaqları tutuldu - Foto (18+)

Ağcaqanad sancmasının necə təhlükəli olduğunu pakistanlı Şahid Hüsseyn qədər bilən yoxdur. Beş il sonra Sind vilayətində yaşayan adamın ayaqları tutulub.

Bizimyol.info “Daily Mail”ə istinadən xəbər verir ki, Pakistan vətəndaşı ağcaqanad sancmasına görə elefantiaz xəstəliyinə yoluxub. Şahid indi çarpayıdan qalxa bilmir, ayaqlarının eni 88 santimetrə çatıb, hərəsi 50 kiloqramdır. Təbii ki, Hüseyn iş qabiliyyətini də itirib, ailəsi acından ölür.

O, hələ beş il əvvəl ayaqlarının ağrıdığını hiss etmişdi. Əvvəlcə buna fikir vermədi, amma sonra o qədər ağrıdı ki, həkimə getməli oldu. Məhz onda Şahiddə fil xəstəliyini aşkar etdilər.

Şahid Hüseyn

Hüsseyn bu müddətdə tibbi ləvazimatlar və dərmanlar üçün nə qədər pul xərcləsə də, həkimlər ona kömək edə bilməyib. Müalicəsini ölkə paytaxtında davam etdirməlidir, amma daha pulu qalmayıb. Həyat yoldaşı Fatimə deyir ki, evdəki bütün zinət əşyalarını satıblar, hətta qızının cehizi də müalicəyə sərf olunub.

Asiyanın bu bölgəsində ağcaqanad sancması xüsusi epidemiya yaya bilir. Şahid belə ağır vəziyyətə qalan yeganə adam deyil.

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
››› Makron yenə İslamın əleyhinə danışdı
››› Dinc əhalimizi atəşə tutan düşmən bölmələrinin başına od yağdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
Son xəbərlər
Bütün xəbərlər »