Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərsu”nun qazdığı xəndəyə maşın düşdü, qurum rəsmi açıqlama yaydı - Foto, Video

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri Babək prospektində “Mercedes" markalı avtomobilin xəndəyə düşməsi ilə bağlı məlumat yayıb.

“Qafqazinfo”nun məlumatına görə, məlumatda bildirilir ki, Babək prospektinin köməkçi yolunda su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar qazıntı işləri aparılıb. Qazıntı işləri aparılarkən, bütün tikinti və texniki normalara əməl olunub. Qazıntı aparılan sahənin yaxınlığında məlumatverici lövhə, xəbərdarlıq nişanları və qoruyucu lentlər qoyulub. Mətbuatda yayımlanmış fotoşəkillərdə də məlumatverici lövhələrin və qoruyucu vasitələrin mövcud olması əksini tapıb.

Bakıda yolun ortasında avtomobil çuxura düşdü

Bu xəbərdarlıqedici vasitələr gecə saatlarında hərəkətdə olan bir nəqliyyat vasitəsi tərəfindən dağıdılıb. Bundan sonra hərəkətdə olan digər nəqliyyat vasitəsi - “Mersedes” markalı avtomobil xəndəyə düşüb.

Hadisə yerinə dərhal “Azərsu” ASC-nin əməkdaşları və texnikası cəlb olunub. Xüsusi texnika vasitəsilə avtomobil xəndəkdən çıxarılıb.

Hazırda ərazidə təmir işlərinin başa çatdırılması istiqamətində işlər davam etdirilir.

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Bakıda güclü yanğın başladı - Video
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
››› Avqustun 1-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »