Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
19-cu əsrdə doğulmuş qadın vəfat etdi - Video

Təsəvvür edin, dünyada 19-cu əsrdə doğulmuş adamlar yaşayır. Onlardan biri dünən vəfat edib.

Bizimyol.info xəbər verir ki, Çeçenistanda yaşayan Koku İstambulova 129 yaşında həyatla vidalaşıb. Nəvəsi İlyas Abubakarov “RIA Novosti”yə deyib: “Təzyiqi aşağı düşdü, iynə vurduq. Amma xilas edə bilmədik. Bir az sonra öldü. Sakit, səssiz, ağlı yerində, dua edə-edə...”

İstambulovanın dəqiq hansı gün doğulduğu bilinmirdi. Yalnız o məlum idi ki, 1889-cu ildə dünyaya gəlib. Dəqiq doğum günü bilinmədiyindən, dünyanın ən yaşlı adamlarının rəsmi siyahısına da adını daxil etmirdilər.

Rəsmi siyahıya qalsa, dünyanın gəlib-getmiş ən yaşlı insanı Janna Kalman olub. Fransız qadın 122 il 164 gün yaşayıb. Janna 1997-ci ildə vəfat edib.

İndi dünyanın qeyri-rəsmi ən yaşlı adamı indoneziyalı Mbah Qoto sayılır. Kənddə yaşayan “qədim insan” 1870-ci ildə doğulub. Amma İndoneziya hökuməti də onun dəqiq doğum gününü müəyyənləşdirə bilməyib.

İstambulovanın 5 nəvəsi, 16 nəticəsi var. Uşaqlarının hamısı anadan əvvəl vəfat edib.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Kadırovdan Makrona jest: Məhəmməd adı qoyulan uşaqlara görə pul paylayacaq
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »