Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cinayətkar oğurluq zamanı keçindi

Braziliyada cinayətkar qrup öz üzvlərindən birinin halının pisləşməsinə görə istəyinə çatmayıb. San-Paulu ştatında oğurluq zamanı cinayətkar yerindəcə keçinib.

Bizimyol.info xəbər verir ki, hadisə bir neçə gün əvvəl Quarulyus şəhərində baş verib. Üç nəfərdən ibarət cinayətkar qrup maşınında əyləşən keşiş və onun həyat yoldaşını soymaq istəyib. Plan oğrulardan birinin ürəktutmasına görə uğursuz olub. Yoldaşları özünü itirib, amma tez qərar veriblər. Biri keçinən dostuna kömək etməyə çalışdığı vaxtda digəri keşişi soymağa cəhd göstərib. Hətta ona güllə də atıb. Amma səs-küy yarandığından, cinayətkarlar hadisə yerindən qaçmalı olub.

İki il əvvəl elə San-Paulu ştatında oğrular qucağında uşaq olan mülki geyimli polisi soymağa cəhd göstərmişdilər. Onda asayiş keşikçisi sayıq davranmışdı, cinayətkarlara güllə atmaqla onları qaçmağa məcbur etmişdi.

Son xəbərlər
Bütün xəbərlər »