Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Turist qadın Misir həbsxanasında gördüyü dəhşətlərdən danışdı

Böyük Britaniya vətəndaşı Lora Plammer Misirə orada doğulan həyat yoldaşı ilə görüş üçün gedirdi. Amma ona bu ölkə həbsxanasında dəhşətləri görmək qismət oldu.

Bizimyol.info "Daily Mail"-ə istinadən xəbər verir ki, 34 yaşlı qadın 2017-ci ildə həbsxanaya düşüb. Plammer “Sabahın xeyir, Britaniya” verilişində başına gələnlərdən danışıb. Loranın dediyinə görə rəfiqəsi ona dərman paketi verib, qadın çantada nə olduğuna baxmayıb. Plammeri Xurqada hava limananıda saxlayıblar. Onun çantasından 290 həb tramadol, daha bir neçə həb naproksen tapılıb. Lora yalnılz həblərdən bəzisini ərinə apardığını bildirib.

“Mənim heç ağlıma da gəlməzdi. Donna mənə çantanı verəndə içini yoxlamağı düşünmədim” – Lora belə deyir.

Plammeri 3 il azadlıqdan məhrum ediblər. Onu ərəbcə anlamadığı 38 səhifəlik sənədə qol çəkdirib, həbsxanaya göndəriblər. Böyük Britaniya vətəndaşı Misir həbsxanasında 14 ay keçirib. Onun qaldığı kamerada daha 25 məhbus varmış.

Lora Plammer / Foto: Mirror.co.uk / David Dyson

Lora həbsxanadan dəhşətlə danışır. 200 nəfərin olduğu təcridxanada cəmi 84 çarpayı varmış. Plammer tualetə yaxın döşəmədə yatırmış.

“Hər gün dava olurdu. Mən qadınların çubuqla necə döyüldüyünü də görmüşəm. Evə qayıtmağıma görə çox xoşbəxtəm. İndi ikihəftəlik məzuniyyətə və normal vannaya çox ehtiyacım var” – Lora yaşadıqları haqda belə danışır.

Britaniyalı qadın həbsxanadan çıxandan sonra əri ilə görüşməyə imkan tapmayıb. Lora yaxın illərdə Misirə getməyi düşünmür.

Paylaş »
››› Bal alarkən aldanmayın: Təbii balı tanımağın 5 üsulu - Ekspertdən məsləhət
››› Azərbaycan ordusu Türkiyə modelinə necə keçir...
››› Kainatımızı ali varlıqlar laboratoriya şəraitində yaradıblar - İlginc iddia
››› "Zəngəzur dəhlizi tamamilə Azərbaycanın öhdəliyinə verilməlidir"
››› Azərbaycanın "orijinal" müalicə müəssisələri: Sağlam adamı xəstələndirirlər...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Oktyabrın 25-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »