Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
10 ildir yolun kənarında qızını gözləyir

Tailandda bir hərbçi sosial şəbəkə profilində maraqlı hadisə haqda yazıb. O, Banqkokda bir kişinin 10 ildir yolun kənarında qızını gözlədiyindan danışıb.

Bizimyol.info xəbər verir ki, yaşlı kişi hərbçi Poramet Misomfopun diqqətini bir neçə gün əvvəl çəkib. Əvvəlcə bir xeyli qocanı müşahidə edib. Sonra onun haqda məlumat toplamağa başlayıb. Yerli sakinlərdən birindən öyrənib ki, kişi 10 ildir burada qızını gözləyir. Qızı bir dəfə atasını maşınla bura gətirib, avtomobildən düşürəndən sonra nəsə deyərək, gedib. Kənardakılarda kişinin bu cür atılması təəssüratı yaranıb.

Foto: Facebook @proamate1644

İndi kişi hər gün həmin yerdə qızını gözləyir. Halbuki ətrafdakılar qızın geri qayıtmayacağına əmindirlər. Ona hər gün yemək gətirirlər, acından ölməyə qoymurlar.

Misomfop qoca ilə danışmağa cəhd göstərib. Kişi elə hey təkrar edirmiş: “Qızım tezliklə qayıdacaq, qızım tezliklə qayıdacaq...”

Hərbçi sosial şəbəkədə kişinin şəklini də paylaşıb. Bəlkə bu yolla onu tanıyan oldu. Qızını tapmaq şansı da yarana bilər.

Paylaş »
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
››› Nazirlikdən faktiki hava açıqlaması
Son xəbərlər
Bütün xəbərlər »