Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı Zooparkının ərazisi 2 dəfə artırılır

Bakı Zooparkı yenilənir, hazırda heyvanların köçürülməsi prosesinə başlanılıb.

Bunu Trend-ə Zooloji Parkın direktoru Azər Hüseynov deyib. A.Hüseynovun sözlərinə görə, zoopark bir neçə aylıq fəaliyyətini dayandırır:

“Bakı Zooparkı genişləndirilərək əsaslı təmir ediləcək, heyvanların şəraiti yaxşılaşdırılacaq. Hazırda parkın ərazisi 2.25 hektardır, lakin təmir və genişləndirmə işləri yekunlaşdıqdan sonra 4.25 ha olacaq”.

Parkın direktoru heyvanların müvəqqəti olaraq Qaradağ rayonuna köçürüləcəyini bildirib:

"Artıq köçürülmə prosesi gedir, Qaradağ rayonunda heyvanlar üçün xüsusi yerlər hazırlanıb. Ola bilsin, işlər bitdikdən sonra Zooloji Parka yeni heyvanlar da gətirilsin. Ancaq bu məsələ hələ dəqiq deyil".

O eyd edib ki, genişləndirmə və təmir işlərinin yekunlaşma vaxtı işin gedişatından asılıdır: "Əgər hər şey öz yolunda gedərsə, işlər təqribən 6 aya, yəni yayda bitəcək".

Paylaş »
››› Moskva görüşündən gözləntilər
››› Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
››› Azərbaycan Prezidenti və Ermənistan Baş naziri noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
››› "İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Rüsumların kəskin artırılması kasıbların imkanlarını daha da məhdudlaşdırdı
››› Telman İsmayılov Monteneqrodan sığınacaq alıb və həbsdən çıxıb
Son xəbərlər
Bütün xəbərlər »