Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Növbəti “iPhone” modeli daha güclü 3D kamera ilə təchiz ediləcək

"Apple" şirkəti 2020-ci ildə daha güclü üçölçülü kameraya (3D) malik yeni "iPhone" smartfonu istehsal etmək niyyətindədir.

Bizimyol.info AZƏRTAC-a istinadla xəbər verir ki, kamera şirkət tərəfindən hazırlanan əlavə reallıq texnologiyalarını təkmilləşdirməyə imkan verəcək. Yeni uzaq məsafəli 3D kamera 15 fut (təxminən 5 metr) məsafədə işləyə biləcək. Hazırda "iPhone" qurğusunda "Apple Face ID" sifətin tanınması funksiyası işə salınan zaman quraşdırılmış 3D kameralar 25-50 santimetr məsafədə iş üçün nəzərdə tutulub. Bundan əlavə, yeni qurğunun yaradılmasında lazer skanerindən istifadə ediləcək.

Şirkət yeni "iPhone" modellərində daha güclü kameradan istifadə etmək niyyətindədir. Əvvəllər "Apple" şirkətinin planlarına yeni 3D kamera sisteminin 2019-cu ildə buraxılan qurğuların arxa panelində quraşdırılması daxil olsa da, sonradan buna yenidən baxılıb.

Bundan başqa, ABŞ istehsalçısı Yaponiyanın "Sony" şirkəti ilə yeni sistem üçün ötürücülərin sınağı haqqında danışıqlar aparır.

Paylaş »
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
››› Yoxsul ölkədə bahalı məşğuliyyət: Bakıda alıcılar "İphone 13" üçün mağazalara axışdı
››› Evlərin qiyməti niyə artır... - Səbəblər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib
››› Pakistanın Ankaradakı səfiri "Üç Qardaş Təlimi" barədə danışıb
››› Azərbaycanda baş verən ağır yol qəzasında 4 nəfər ölüb, yaralanan var
Son xəbərlər
Bütün xəbərlər »