Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT-nin xüsusi məruzəçisi Camal Qaşıqçının nişanlısı ilə görüşüb

Camal Qaşıqçı cinayəti ilə əlaqədar istintaq çərçivəsində Türkiyədə olan BMT-nin qeyri-məhkəmə edamları üzrə xüsusi məruzəçisi Aqnes Kallamard öldürülən səudiyyəli jurnalistin nişanlısı Hatice Cengiz və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb.

Görüşlər İstanbulun Şişli bölgəsindəki hotellərdən birində mətbuata qapalı şəraitdə baş tutub.

Əvvəlcə xüsusi məruzəçi Cengizlə, ardından QHT nümayəndələri ilə görüşüb.

Gün ərzində BMT nümayəndə heyətinin İstanbuldan Ankaraya gedərək danışıqları hökumət səlahiyyətliləri və Türkiyə kəşfiyyatının əməkdaşları ilə davam etdirəcəyi gözlənilir.

Xatırladaq ki, "Washington Post" ilə sıx əməkdaşlıq edən tanınmış səudiyyəli jurnalist Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunun binasında qətlə yetirilib.

Türkiyə Prokurorluğu istintaqın yekunlarına görə, jurnalistin planlaşdırılmış cinayətin qurbanı olduğu nəticəsinə gəlib. Qaşıqçı diplomatik missiya binasına girdikdən dərhal sonra boğulub. Cinayətdən sonra Qaşıqçının meyiti hissələrə bölünərək məhv edilib.

Türkiyə İstanbulda Qaşıqçı işi üzrə məhkəmə prosesinin təşkil edilməsinin tərəfdarıdır və rəsmi Ər-Riyadı jurnalistin qətlə yetirilməsində əli olanları təhvil verməyə çağırıb. (Report.az)

Paylaş »
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
››› Yoxsul ölkədə bahalı məşğuliyyət: Bakıda alıcılar "İphone 13" üçün mağazalara axışdı
››› Evlərin qiyməti niyə artır... - Səbəblər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib
››› Pakistanın Ankaradakı səfiri "Üç Qardaş Təlimi" barədə danışıb
››› Azərbaycanda baş verən ağır yol qəzasında 4 nəfər ölüb, yaralanan var
Son xəbərlər
Bütün xəbərlər »