Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Onun üçün darıxanlar istəyirdi ki, gəlsin” - Qurban Qurbanov

"Qarabağ"ın bu gün mətbuat üçün açıq məşqi keçirilib.

Məşqdən öncə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərə müsahibə verib. 46 yaşlı mütəxəssis öncə hazırlıq prosesindən danışıb:

- Antalyada yağışlı hava şəraitində hazırlaşmalı olduq, bir oyun da təxirə düşdü. Çalışdıq ki, hazırlıqdan kənara çıxmayaq. Düşündüklərimizi meydanda etməyə çalışdıq. Heç də pis alınmadı. Bütün komandalar orda idi və hamı üçün eyni vəziyyət idi. Buna xeyir kimi də baxıram. Futbolçu belə vəziyyətdə xarakter nümayiş etdirir, gücünü göstərmək istəyir.

- Futbolçuları adi oyuna hazırlayırsınız, yoxsa onları derbi matçına kökləyirsiz?

- Sıradan bir oyun kimi yanaşa bilmərik, liderə qarşı oynayırıq. Komplektləşdirilmiş, yaxşı baş məşqçisi olan komandaya qarşı oynayacağıq. Bu mövsüm “Neftçi” çox istəklidir. Həqiqətən də ciddi yanaşırıq. Çalışırıq ki, öz oyunumuzdan əl çəkməyək və bunu daha da yaxşılaşdıraq. Bu, həqiqətən də derbidir. Ancaq futbolçuların üzərinə çox getmirik. Məğlub olsaq, nə baş verəcək deyə düşünmürük. Belə oyunlarda daha diqqətli və istəkli olmalıyıq. Bu oyun da bizim üçün vacibdir.

- Oyuna iki gün qalıb. Start heyəti müəyyən etmisiniz?

- Tam olmasa da, 90 faiz məlumdur.

- Oyunun “Azersun Arena”da deyil, Tofiq Bəhramov adına Respublika stadionda keçirilməsi problem olmayacaq? Çünki bura daha böyükdür və azarkeşlə dolmaq ehtimalı yoxdur.

- Bura da bizə doğma stadiondur. Əvvələr avrokuboklar və çempionat oyunlarını burda keçirmişik. Düşünmürəm ki, problem olsun.

- Reynaldo və Miçelin son durumları necədir?

- Fərdi məşqlər edirlər. Miçel hələ kollektiv məşqlərə başlamayıb. Reynaldo gündən-günə yaxşılaşır. Hər ikisi oyunu buraxacaq.

- Dario Frederiko "Neftçi"dən getdi. Bu, "Qarabağ" üçün müsbət amil ola bilər?

- Xeyr, deməzdim. Çox istərdim ki, səviyyəli futbolçular burada qalsın. Ancaq “Neftçi”nin heyətində Namiq Ələsgərov onu əvəzedənlərdən biridir. Yeni transferləri də var. Bir-iki oyunçunun yoxluğu onlara təsir etməz. Bizim planlarımızda dəyişiklik yoxdur. Onlarda da hiss olunmayacaq ki, Dario oynadı, ya da Ələsgərov.

- Riçard Almeyda da geri döndü. Artıq azarkeşlər "Qarabağ"ın daha da gücləndiyini düşünürlər.

- Həmişə istəyirik ki, heyətimiz yaxşı olsun. Oyunumuzun da yaxşılığa doğru getməsini istəyirik. O qədər də zəfiləyib, geri düşmədik. Avropa Liqasında qrupa düşdük, çempionatda medallar uğrunda yarışırıq və kubokda yarımfinala çıxdıq. Çalışırıq ki, nəticələri qoryub saxlayaq. Belə bir oyunçunun komandaya qayıtması ab-havanı yaxşılaşdırıb. Onun üçün darıxanlar gözləyirdi ki, Riçard gəlsin, zarafatlar çoxalsın. Beş il komandamızda oynayıb. İstədiyimiz oyunu qurmaqda bacarığı və təcrübəsi daha çox idi. Ancaq bir oyunçu ilə nə komanda bir o qədər zəifləmir və güclənir. Riçard bir müddət olmadı, optimal formadan uzaqdır. Bir neçə oyun lazımdır ki, bacarığını ortaya qoysun.

- Transferliniz başa çatıb, yoxsa axtarışlar davam edir?

- Fevralın səkkizinə kimi transfer dönəmi açıqdır. Axtarışlar davam edir. Transferlər ola bilər. Ya hücumçu, ya da yarımmüdafiəçi almaq olar.

- Con Delarj üçün rəsmi təklif gəlib? Onun taleyi necə olacaq?

- Hələ ki, əvəzedicilərdə olacaq. Bizə rəsmi müraciət edilməyib. (Qafqazinfo.az)

Paylaş »
››› “250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”
››› Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
››› Ata Abdullayev məhkəmədə ağladı
››› Erməni sevdalıları bəyanat boxçalarını açır
››› Ermənistan Hərbi Qənimətlər Parkının bağlanmasını istəyir
››› Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »