Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da anomal soyuqlardan 8 nəfər öldü - “Dərindən nəfəs almayın...”

ABŞ-da müşahidə olunan anomal soyuq havalar azı səkkiz nəfərin ölümünə səbəb olub.

Şaxtalı havalardan ən çox Şimali Dakota, Viskonsin, Ayova, Minnesota, Miçiqan və İllinoys ştatları əziyyət çəkir. Çikaqoda havanın temperaturu rekord həddə - mənfi 33 dərəcəyə düşüb. Şimali Dakotada isə mənfi 37 dərəcə şaxta qeydə alınıb. Bir çox şəhərlərdə məktəblər, dövlət müəssisələri və muzeylər bağlanıb. İctimai nəqliyyat fasilələrlə işləyir.

Ayova ştatının hökuməti çölə çıxan vətəndaşlara dərindən nəfəs almamağı və az danışmağı tövsiyə edib.

80 min evsizin yaşadığı Çikaqoda “isinmə mərkəzləri” yaradılıb. Çikaqo meri Ram Emanuel vətəndaşları vacib olmadıqca küçəyə çıxmamağa çağırıb. Yerli polis oğurluq hallarının artması ilə bağlı xəbərdarlıq edib. Belə ki, cinayətkarlar daha çox insanların isti geyimlərini ələ keçirirlər. “Küləkli şəhər” kimi tanınan Çikaqoda havanın temperaturunun mənfi 45 dərəcəyə qədər düşəcəyi gözlənilir.

ABŞ-ın iri aviaşirkətləri ölkənin orta qərb ərazilərində təxminən 1,8 min reysi ləğv ediblər.

Sinoptiklər anomal şaxtaları güclü arktik siklonları ilə əlaqələndirirlər. Alimlər isə ekstrimal soyuqlara qlobal iqlim dəyişikliyinin səbəb olduğunu açıqlayıblar.

Şaxtalı hava ümumilikdə ABŞ-ın 250 milyon sakininə təsir edib. (Qafqazinfo.az)

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »