Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp kəşfiyyatla münasibətləri pozub

Prezident Donald Tramp ABŞ kəşfiyyatı nümayəndələrinin İran, Şimali Koreya və İŞİD-dən gələn təhlükə haqqındakı bəyanatlarını tənqid edib.

Bu barədə “NBC News” məlumat yayıb.

“İranın təhlükəsi haqqında söhbət düşdükdə kəşfiyyatın əməkdaşları sadəlövh olurlar. Onlar səhvdirlər!”, - deyən Tramp xatırladıb ki, o dövlət başçısı olduqda Tehran bütün Yaxın Şərqə və digər regionlara problemlər yaradırdı.

“İranla nüvə razılaşması pozulduqdan sonra onlar özlərini başqa cür aparır”, - deyə D.Tramp əlavə edib.

ABŞ prezidenti bəyan edib ki, iranlılar raket sınaqları keçirməyə davam edirlər və iqtisadiyyatın zəifləməsi onları dayandıracaq yeganə vasitədir.

“Bəlkə, kəşfiyyat əməkdaşları məktəbə qayıtmalıdırlar?”, - deyə ABŞ lideri öz “Twitter” hesabında yazıb.

Bu bəyanatı D.Tramp yanvarın 29-da Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel, Federal Təhqiqat Bürosunun rəhbəri Kristofer Rey və Milli Kəşfiyyat rəhbəri Den Kuats senatda çıxış etdikdən sonra verib. Onların sözlərinə görə, İran 2015-ci il nüvə razılaşmasına əməl edir və nüvə proqramını inkişaf etdirmir.

D.Tramp Şimali Koreya və İŞİD-lə bağlı vəziyyəti də tənqid edib. O bildirib ki, hakimiyyətə gəldikdən sonra Suriyada döyüşçülər sakitləşib və tezliklə xilafət tamamilə məhv ediləcək. Onun sözlərinə görə, ABŞ və Koreya xalq demokratik respublikası arasındakı münasibətlər həmişə olduğundan daha yaxşıdır.

“Nüvə sınaqları keçirilmir, həlak olmuş əsgərlərin cəsədləri geri qaytarılıb, əsirlər dəyişdirilir. Nüvə silahsızlaşdırılmasında nəzərə çarpacaq irəliləyişlər var”, - deyə o yazıb.

ABŞ xüsusi xidmət orqanlarının məlumatlarına görə, terrorçular hələ də Suriya ərazisində aktivdirlər, Şimali Koreya isə gizli poliqonlarda sınaqlar keçirməyə davam edir. (Oxu.az)

Paylaş »
››› Moskva görüşündən gözləntilər
››› Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
››› Azərbaycan Prezidenti və Ermənistan Baş naziri noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
››› "İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Rüsumların kəskin artırılması kasıbların imkanlarını daha da məhdudlaşdırdı
››› Telman İsmayılov Monteneqrodan sığınacaq alıb və həbsdən çıxıb
Son xəbərlər
Bütün xəbərlər »