Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Huawei Mate 20 Pro” təkcə telefon deyil, həm də bir portativ enerji qurğusudur

Şirkətin flaqman smartfonu digər qurğulara enerjini simsiz olaraq ötürmək və bu qurğuların barateyasını doldurmaq imkanına sahibdir.

Huawei şirkəti özünün Mate 20 Pro modeli ilə simsiz enerji yüklənməsi sahəsində də yeniliklər edir. Belə ki, bu model smartfon telefonun batareyasının simsiz olaraq doldurulmasında mühüm nailiyyətlər nümayiş etdirir.

Smartfonda yüksək texnologiyaların istifadəsi imkan verir ki, Huawei Mate 20 Pro 15 W gücündə simsiz və sürətli enerji yüklənməsini dəstəkləsin. Bunun üçün sadəcə olaraq smartfonu şikrətin istehsalı olan Huawei Quick Wireless qurğusunun üzərinə yerləşirmək lazımdır.

Huawei Quick Wireless qurğusu rahat və ekstremal sürətlə enerji doldurulmasına imkan yaradır. Belə ki, smartfon 30 dəqiqə ərzində 30% enerji ilə yüklənir. Bu isə batareyanın sahib olduğu maksimum 4200 mAh gücdən 1300 mAh gücün əldə edilməsi deməkdir.

Modelin digər fərqləndirici xüsusiyyəti isə onun digər qurğular üçün portativ enerjiyığma qurğusu (Power Bank) kimi istifadə oluna bilməsidir. Belə ki, Huawei Mate 20 Pro digər qurğulara (enerjini simsiz olaraq məsafədən əldə etmək imkanını dəstəkəyən qurğular) simsiz olaraq enerjinin əks ötürülməsi xüsusiyyətinə sahibdir. Bu imkan verir ki, smartfon simsiz olaraq digər qurğularla öz enerjisini paylaşsın, həmin qurğuların batareyasını enerji ilə doldursun, beləliklə də özünəməxsus və effektiv şəkildə portativ enerji akkumlyatoru olsun. Bunun üçün isə tək lazım olan həmin qurğunun Huawei Mate 20 Pro-ya yaxınlaşdırılmasıdır.

Huawei yüksək texnologiyaların tətbiqi ilə insan həyatını daha müsbət istiqamətdə dəyişəcək yenilikləri təqdim etməkdə davam edir.

Huawei şirkəti 1987-ci ildə təsis edilib və hazırda dünya üzrə qabaqcıl informasiya və kommunikasiya texnologiyaları həlləri provayderidir. Şirkət iri telekommunikasiya şirkətləri, müəssisələri və istehlakçıları son nəsil və rəqabətədavamlı İKT həllər, məhsullar və xidmətlərlə təmin edir. Huawei dünyanın 170-dən çox ölkəsi və regionunda 180 min əməkdaşla dünya əhalisinin üçdə birinə öz xidmətlərini göstərir. (Oxu.az)

Paylaş »
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
››› Yoxsul ölkədə bahalı məşğuliyyət: Bakıda alıcılar "İphone 13" üçün mağazalara axışdı
››› Evlərin qiyməti niyə artır... - Səbəblər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib
››› Pakistanın Ankaradakı səfiri "Üç Qardaş Təlimi" barədə danışıb
››› Azərbaycanda baş verən ağır yol qəzasında 4 nəfər ölüb, yaralanan var
Son xəbərlər
Bütün xəbərlər »