Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəbərlər proqramına 3 günlük qadağa
Fox TV-nin xəbərlər proqramı fevralın 4-dən 7-nə kimi yayımlanmayacaq. “Qafqazinfo” xəbər verir ki, buna səbəb Türkiyə Radio və Televiziya Şurasının (RTÜK) kanalı cərimələməsi ilə bağlıdır. Qərar RTÜK tərəfindən ötən ilin sonunda qəbul olunub.

Şura Fatih Portakalın aparıcılıq etdiyi “FOX Ana Xəbər” proqramının 3 gün, Halk TV-də yayımlanan “Halk Arenası” verilişinin isə 15 gün müddətində yayımdan qaldırılması barədə göstəriliş verib. Həmin saatlarda isə televiziyada sənədli filmlər göstəriləcək.

Bundan əlavə, Halk TV-də “tənqidin həddini aşma” halları daha çox rast gəldiyi üçün TV-nin 5 proqramının 8 dəfə yayımını dayandırılacaq. Bu, 22 fevral və 22 mart tarixləri arasında tətbiq ediləcək.

Qeyd edək ki, Halk TV “tənqidin həddini aşma”, Fox TV isə “tərəfsizliyini pozmaq”da ittiham olunub.

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ukrayna Dombasda ilk dəfə “Bayraktar” pilotsuz təyyarəsindən istifadə edib
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
Son xəbərlər
Bütün xəbərlər »