Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zaxarova Qarabağ danışıqlarından söz açdı
Rusiya son zamanlar rəsmi Bakı ilə Yerevan arasında müxtəlif səviyyələrdə baş tutan siyasi əlaqələri alqışlayır.

Oxu.Az xəbər verir ki, bu bəyanatı Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi son brifinqdə səsləndirib.

M.Zaxarova Azərbaycan və Ermənistanın XİN rəhbərləri arasında Parisdə keçirilən görüşü qısa olaraq şərh edib:

“Bizim bu məsələdə (Dağlıq Qarabağ münaqişəsinin nizamlanması – red.) mövqeyimiz dəyişilməz olaraq qalıb”, - deyə Zaxarova vurğulayıb.

Onun sözlərinə görə, Rusiya tərəfi vasitəçi funksiyasını dürüst və keyfiyyətli şəkildə aparır:

“Biz son zamanlar Bakı ilə Yerevan arasında baş tutan siyasi təmasları alqışlayırıq. Tərəflərin bununla bağlı verdikləri konstruktiv qiymətləndirmədən xəbərimiz var. Hesab edirik ki, bu, irəliləyiş üçün düzgün yoldur”.

Paylaş »
››› Bal alarkən aldanmayın: Təbii balı tanımağın 5 üsulu - Ekspertdən məsləhət
››› Azərbaycan ordusu Türkiyə modelinə necə keçir...
››› Kainatımızı ali varlıqlar laboratoriya şəraitində yaradıblar - İlginc iddia
››› "Zəngəzur dəhlizi tamamilə Azərbaycanın öhdəliyinə verilməlidir"
››› Azərbaycanın "orijinal" müalicə müəssisələri: Sağlam adamı xəstələndirirlər...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Oktyabrın 25-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »